Icma.az
close
up
RU
Doğum azalır, boşanma artır: Azərbaycan demoqrafik böhranın astanasında

Doğum azalır, boşanma artır: Azərbaycan demoqrafik böhranın astanasında

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. BMT Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır.

Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə son illərdə ciddi narahatlıq doğurmağa başlayıb. Artıq problemlər Milli Məclis səviyyəsində də gündəmə gətirilir. Parlament sədrinin birinci müavini Əli Əhmədov əhalinin artım tempində ciddi zəifləmənin olmasını ciddi problem kimi gündəmə gətirib. Bəs Azərbaycanda bu demoqrafik dəyişikliyin kökündə nə dayanır və ən əsası, qarşısı necə alına bilər?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

20 il əvvəl başlayan azalma

Coğrafiya institutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov bildirib ki, Azərbaycan demoqrafik böhranın astanasındadır: "1995-ci ildən 2004-cü ilə qədər ölkəmizdə doğum göstəricilərində ciddi azalma müşahidə olunub. Bu azalma əsasən Birinci Qarabağ müharibəsinin və həmin dövrdə yaşanan dərin iqtisadi böhranın nəticəsi idi. Ailələrin maddi vəziyyətinin pisləşməsi, sosial rifahın zəifləməsi doğum səviyyəsinə mənfi təsir göstərdi. Bu problemə cavab olaraq, 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə demoqrafik siyasətə dair xüsusi dövlət proqramı qəbul olundu. Proqramın tətbiqi nəticəsində müəyyən müsbət irəliləyişlər müşahidə edildi. 2004-cü ildə demoqrafik siyasətə dair növbəti proqram hazırlandı, lakin bu sənəd faktiki olaraq icra olunmadı. Proqramın reallaşmaması nəticəsində onun gözlənilən təsirləri də baş vermədi. Bu gün də həmin proqramın yenilənməsi və tətbiqi aktual olaraq qalır. Əlbəttə, bu cür proqramlar əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından vacibdir. Qonşu ölkələrin əksəriyyətində demoqrafik inkişafı dəstəkləyən təşviq proqramları həyata keçirilir. Aydın görünür ki, 20 il əvvəl başlayan azalma prosesi bu gün demoqrafik böhran riskini daha da gücləndirib. Bu tendensiyanın davam etməsi gələcək üçün ciddi narahatlıq doğurur".

"Dəstək proqramlarının hazırlanması zəruridir"

Demoqrafik məsələlər üzrə ekspert deyir ki, pandemiya dövründə də Azərbaycanda təbii artım və doğum göstəricilərində ciddi azalma müşahidə olunub: "Məsələn, 2019-cu ildə doğum sayı 140 mindən artıq idisə, 2020-ci ildə bu rəqəm sürətlə azalaraq 125-126 minə, 2021-ci ildə isə 112 minə düşüb. Bu, son illərdə ən aşağı doğum göstəricisidir. Həmin dövrdə təbii artım cəmi 35 min olub və hər min nəfərə düşən təbii artım göstəricisi doqquzdan 3,5-ə qədər enib. Son illərdə bu rəqəm beşə qədər yüksəlsə də, bu da kifayət qədər aşağı göstəricidir. Müqayisə üçün qeyd olunmalıdır ki, on il əvvəl təbii artım göstəricisi 100 minin üzərində idi, doğumlar isə 170 min civarında olurdu. Hazırda bu rəqəmlər təxminən iki dəfə azalıb. Bu isə uzunmüddətli perspektivdə demoqrafik sabitliyi və ölkənin inkişafını təhlükə altına qoya bilər. Azərbaycanın strateji mövqeyi və inkişaf potensialı nəzərə alınaraq, bu məsələnin dövlət səviyyəsində həll edilməsi və dəstək proqramlarının hazırlanması zəruridir".

"Ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır"

E.Bədəlovun sözlərinə görə, şəhər əhalisi üzrə doğum göstəricisi xeyli aşağı düşüb: "Əgər ölkə üzrə orta təbii artım göstəricisi hər min nəfərə beş nəfər təşkil edirsə, bu rəqəm şəhər əhalisi üçün 3,5-dir. Kənd əhalisi üzrə isə bu göstərici daha yüksəkdir - təxminən 6,5. Bu fərq kənd yerlərində mədəni və sosial inkişaf səviyyəsinin hələ tam formalaşmaması ilə əlaqədardır. Məsələn, Azərbaycanda ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır. Burada hər min nəfərə təbii artım 14-16 nəfər civarındadır, doğum göstəricisi isə 20-dən yuxarıdır. Bu, bölgədə çoxuşaqlı ailələrin nisbətən çox olması ilə bağlıdır. Rayon iqtisadi baxımdan zəif inkişaf etsə də, görünür ki, bir çox ailə uşaqlara verilən müavinətlə dolanır. Beş və daha çox uşağı olan ailələrə hər bir uşaq üçün dövlət tərəfindən müavinət ayrılır".

"Bu, xalqımız üçün ciddi mənəvi faciədir"

Demoqrafik fəlakətlə mübarizə yollarına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, əsas məsələ gənc ailələrə iqtisadi və sosial dəstəyin artırılmasıdır. Son on ildə Azərbaycanda evlənmə yaşı yüksəlib. Əvvəllər kişilər üçün bu yaş 28-29 idisə, indi 30-31 yaş həddini keçib və bu tendensiya artmaqdadır. Bu da təbii artıma birbaşa təsir göstərir: "Demoqrafiya bir millətin inkişaf səviyyəsini əks etdirən güzgüdür. Buna görə də bu sahəyə daha çox diqqət ayrılmalıdır. Qonşu ölkələrin təcrübəsinə baxdıqda görürük ki, onlar hər il demoqrafik siyasətlə bağlı konkret addımlar atırlar. Məsələn, Rusiya ötən ili "Sağlam ailə ili" elan etmişdi. Azərbaycanda da bu istiqamətdə müəyyən təşəbbüslər olub. Lakin hazırkı vəziyyətə baxsaq görərik ki, hər üç evlilikdən biri boşanma ilə nəticələnir. Bu isə xalqımız üçün ciddi mənəvi faciədir. Həm media, həm də dövlət qurumları birgə şəkildə maarifləndirici işlər aparmalı, cəmiyyətə sağlam ailə modeli aşılanmalı, müsbət ictimai rəy formalaşdırılmalıdır".

Gender siyasətinə zidd olan məsələ

Mütəxəssisi ən çox narahat edən problem isə selektiv abortlardır: "Hazırda Azərbaycanda doğumla bağlı ən ciddi problemlərdən biri cins nisbətindəki pozuntudur. Normal şəraitdə hər 100 qız uşağına təxminən 105-106 oğlan uşağı düşməlidir. Lakin bizdə bu göstərici xeyli yüksəkdir, orta hesabla 116-117, bəzi kənd yerlərində isə hətta 120-ni keçir. Bu, demoqrafik baxımdan olduqca narahatedici bir tendensiyadır. Hazırda 14 yaşa qədər olan uşaqlar arasında təxminən 130 min oğlan uşağı qızlardan çoxdur. Gənc yaş qruplarında da oxşar fərq müşahidə olunur. Bu vəziyyət gələcəkdə ailə qurmaqda çətinliklər, sosial gərginlik və gender balansının pozulması kimi problemlərə yol aça bilər. Qonşu ölkələr, məsələn, Türkiyə və İran bu problemi vaxtında görərək müvafiq tədbirlər həyata keçiriblər. Azərbaycanda isə bu məsələ daha ciddi xarakter alıb və təcili dövlət müdaxiləsi tələb edir".

10 milyondan 8,3 milyona...

Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə əsasən, 2100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. Əhalinin azalması əsasən inkişaf etmiş ölkələrin payına düşəcək. Azərbaycan da əhalisi azalan ölkələr sırasındadır. Təşkilat Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri