Icma.az
close
up
RU
Azərbaycan demoqrafik böhranın astanasında: 20 il əvvəl başlayan azalma...

Azərbaycan demoqrafik böhranın astanasında: 20 il əvvəl başlayan azalma...

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə son illərdə ciddi narahatlıq doğurmağa başlayıb. Artıq problemlər Milli Məclis səviyyəsində də gündəmə gətirilir. Parlament sədrinin birinci müavini Əli Əhmədov əhalinin artım tempində ciddi zəifləmənin olmasını ciddi problem kimi gündəmə gətirib. Bəs Azərbaycanda bu demoqrafik dəyişikliyin kökündə nə dayanır və ən əsası, qarşısı necə alına bilər?

Coğrafiya institutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan demoqrafik böhranın astanasındadır: "1995-ci ildən 2004-cü ilə qədər ölkəmizdə doğum göstəricilərində ciddi azalma müşahidə olunub. Bu azalma əsasən Birinci Qarabağ müharibəsinin və həmin dövrdə yaşanan dərin iqtisadi böhranın nəticəsi idi. Ailələrin maddi vəziyyətinin pisləşməsi, sosial rifahın zəifləməsi doğum səviyyəsinə mənfi təsir göstərdi. Bu problemə cavab olaraq, 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə demoqrafik siyasətə dair xüsusi dövlət proqramı qəbul olundu. Proqramın tətbiqi nəticəsində müəyyən müsbət irəliləyişlər müşahidə edildi. 2004-cü ildə demoqrafik siyasətə dair növbəti proqram hazırlandı, lakin bu sənəd faktiki olaraq icra olunmadı. Proqramın reallaşmaması nəticəsində onun gözlənilən təsirləri də baş vermədi. Bu gün də həmin proqramın yenilənməsi və tətbiqi aktual olaraq qalır. Əlbəttə, bu cür proqramlar əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından vacibdir. Qonşu ölkələrin əksəriyyətində demoqrafik inkişafı dəstəkləyən təşviq proqramları həyata keçirilir. Aydın görünür ki, 20 il əvvəl başlayan azalma prosesi bu gün demoqrafik böhran riskini daha da gücləndirib. Bu tendensiyanın davam etməsi gələcək üçün ciddi narahatlıq doğurur”. 

Demoqrafik məsələlər üzrə ekspert deyir ki, pandemiya dövründə də Azərbaycanda təbii artım və doğum göstəricilərində ciddi azalma müşahidə olunub: "Məsələn, 2019-cu ildə doğum sayı 140 mindən artıq idisə, 2020-ci ildə bu rəqəm sürətlə azalaraq 125-126 minə, 2021-ci ildə isə 112 minə düşüb. Bu, son illərdə ən aşağı doğum göstəricisidir. Həmin dövrdə təbii artım cəmi 35 min olub və hər min nəfərə düşən təbii artım g östəricisi doqquzdan 3,5-ə qədər enib. Son illərdə bu rəqəm beşə qədər yüksəlsə də, bu da kifayət qədər aşağı göstəricidir. Müqayisə üçün qeyd olunmalıdır ki, on il əvvəl təbii artım göstəricisi 100 minin üzərində idi, doğumlar isə 170 min civarında olurdu. Hazırda bu rəqəmlər təxminən iki dəfə azalıb. Bu isə uzunmüddətli perspektivdə demoqrafik sabitliyi və ölkənin inkişafını təhlükə altına qoya bilər. Azərbaycanın strateji mövqeyi və inkişaf potensialı nəzərə alınaraq, bu məsələnin dövlət səviyyəsində həll edilməsi və dəstək proqramlarının hazırlanması zəruridir”.

E.Bədəlovun sözlərinə görə, şəhər əhalisi üzrə doğum göstəricisi xeyli aşağı düşüb: "Əgər ölkə üzrə orta təbii artım göstəricisi hər min nəfərə beş nəfər təşkil edirsə, bu rəqəm şəhər əhalisi üçün 3,5-dir. Kənd əhalisi üzrə isə bu göstərici daha yüksəkdir - təxminən 6,5. Bu fərq kənd yerlərində mədəni və sosial inkişaf səviyyəsinin hələ tam formalaşmaması ilə əlaqədardır. Məsələn, Azərbaycanda ən yüksək doğum göstəricisi Yardımlı rayonundadır. Burada hər min nəfərə təbii artım 14-16 nəfər civarındadır, doğum göstəricisi isə 20-dən yuxarıdır. Bu, bölgədə çoxuşaqlı ailələrin nisbətən çox olması ilə bağlıdır. Rayon iqtisadi baxımdan zəif inkişaf etsə də, görünür ki, bir çox ailə uşaqlara verilən müavinətlə dolanır. Beş və daha çox uşağı olan ailələrə hər bir uşaq üçün dövlət tərəfindən müavinət ayrılır”. 

Demoqrafik fəlakətlə mübarizə yollarına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, əsas məsələ gənc ailələrə iqtisadi və sosial dəstəyin artırılmasıdır. Son on ildə Azərbaycanda evlənmə yaşı yüksəlib. Əvvəllər kişilər üçün bu yaş 28-29 idisə, indi 30-31 yaş həddini keçib və bu tendensiya artmaqdadır. Bu da təbii artıma birbaşa təsir göstərir: "Demoqrafiya bir millətin inkişaf səviyyəsini əks etdirən güzgüdür. Buna görə də bu sahəyə daha çox diqqət ayrılmalıdır. Qonşu ölkələrin təcrübəsinə baxdıqda görürük ki, onlar hər il demoqrafik siyasətlə bağlı konkret addımlar atırlar. Məsələn, Rusiya ötən ili "Sağlam ailə ili” elan etmişdi. Azərbaycanda da bu istiqamətdə müəyyən təşəbbüslər olub. Lakin hazırkı vəziyyətə baxsaq görərik ki, hər üç evlilikdən biri boşanma ilə nəticələnir. Bu isə xalqımız üçün ciddi mənəvi faciədir. Həm media, həm də dövlət qurumları birgə şəkildə maarifləndirici işlər aparmalı, cəmiyyətə sağlam ailə modeli aşılanmalı, müsbət ictimai rəy formalaşdırılmalıdır”.

Mütəxəssisi ən çox narahat edən problem isə selektiv abortlardır: "Hazırda Azərbaycanda doğumla bağlı ən ciddi problemlərdən biri cins nisbətindəki pozuntudur. Normal şəraitdə hər 100 qız uşağına təxminən 105-106 oğlan uşağı düşməlidir. Lakin bizdə bu göstərici xeyli yüksəkdir, orta hesabla 116-117, bəzi kənd yerlərində isə hətta 120-ni keçir. Bu, demoqrafik baxımdan olduqca narahatedici bir tendensiyadır. Hazırda 14 yaşa qədər olan uşaqlar arasında təxminən 130 min oğlan uşağı qızlardan çoxdur. Gənc yaş qruplarında da oxşar fərq müşahidə olunur. Bu vəziyyət gələcəkdə ailə qurmaqda çətinliklər, sosial gərginlik və gender balansının pozulması kimi problemlərə yol aça bilər. Qonşu ölkələr, məsələn, Türkiyə və İran bu problemi vaxtında görərək müvafiq tədbirlər həyata keçiriblər. Azərbaycanda isə bu məsələ daha ciddi xarakter alıb və təcili dövlət müdaxiləsi tələb edir”.

Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə əsasən, 2100-cü ildə dünyanın əksər ölkələrinin əhali sayında artım deyil, azalma qeydə alınacaq. Əhalinin azalması əsasən inkişaf etmiş ölkələrin payına düşəcək. Azərbaycan da əhalisi azalan ölkələr sırasındadır. Təşkilat Azərbaycan əhalisinin sayının 2100-cü ildə on milyondan 8,3 milyona enəcəyini proqnozlaşdırır. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyul 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri