Hər iki komanda ən azı 1 xala layiq idi Qurban Qurbanov
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının XIV turunun “Zirə” – “Qarabağ” (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
"Hər iki komandanın həm futbolçularına, həm də azarkeşlərinə təşəkkür edirəm. Yaxşı komandaya qarşı çıxış etdik. Gərgin mübarizə getdi, futbolçular çox güc sərf etdilər. Həftəiçi komandalar kubok matçı keçirmişdilər. Bu səbəbdən qarşılaşmanın sonlarında dinamikanın yüksək olmaması başadüşüləndir. İstənilən halda hər iki komanda ən azı 1 xala layiq idi".
Baş məşqçi Çempionlar Liqasının Liqa mərhələsinin VI turunun “Ayaks”la oyunu barədə də fikirlərini bildirib:
"Ayaks"ın oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etmişdilər. Bu gün də oyunları var, ona da baxacağıq. Bundan əlavə daha iki görüşümüz olacaq. "Ayaks"la evdə oynayacağıq, maksimum nəticə qazanmaq üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bu haqda düşünür. Yaxşı intizamlı oyunla lazımi nəticəni qazanmağa çalışacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 06 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















