Icma.az
close
up
RU
Karyera, yoxsa evlilik Qızlar niyə ailə qurmaq istəmirlər?

Karyera, yoxsa evlilik Qızlar niyə ailə qurmaq istəmirlər?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son illərdə cəmiyyətdə gənc qadınların rollarında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.

Artıq bir çox gənc qız evliliyə can atmır, həyatda uğur qazanmağın yolunu ailə qurmaqda deyil, peşəkar karyera qurmaqda görür. Onlar daha çox iqtisadi cəhətdən müstəqil olmağa, fərdi azadlıqlarını qorumağa üstünlük verirlər. Doğrudur, bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 953 nikah və 6 min 784 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Amma buna baxmayaraq ümumən nikah sayında azalma narahatlıq doğurur. Xüsusən də qızların 30 yaşa qədər evlənmək istəməməsi nikah sayına təsir edir. 

Bəs bu dəyişikliklərin əsas səbəbi nədir? Qızlar niyə evliliyə deyil, karyeraya üstünlük verirlər?

“Bu, heç də ailəyə və sevgiyə qarşı çıxmaq deyil”

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova bildirib ki, son illərdə qadın rollarında müşahidə olunan dəyişikliklər, əslində, cəmiyyətin və dünyagörüşümüzün təkamülünün bir göstəricisidir.

Onun sözlərinə görə, qızların karyeraya, öz inkişafına və azadlığına can atması, cəmiyyətin daha sağlam və bərabər əsaslarda inkişaf etdiyinin göstəricisidir:

“Keçmişdə qızların əsas məqsədi “yaxşı gəlin olmaq”, ailə qurmaq və ana olmaq kimi müəyyənləşdirilirdi. Bu, cəmiyyətin qoyduğu çərçivə idi və çox vaxt qızların seçim haqqı olmadan qəbul edilirdi. Bu gün isə qızlar daha məlumatlı, daha şüurlu və daha özünə inamlıdırlar. Onlar təkcə ana və həyat yoldaşı olmaqla kifayətlənmək istəmirlər, şəxsiyyət kimi dəyər görmək, öz ayaqları üstündə durmaq, iqtisadi və psixoloji müstəqillik qazanmaq istəyirlər.

Gənc qadınlar özlərini yalnız bir münasibət və ya ailə qurmaqla deyil, həm də bacarıqları, təhsili, fəaliyyəti və cəmiyyətə töhfələri ilə tanıtmaq istəyirlər. Bu, heç də ailəyə və sevgi münasibətlərinə qarşı çıxmaq deyil. Sadəcə, qızlar bu gün ailə qurmağı tələskən qərar kimi deyil, düzgün insanla, düzgün zamanda atılmalı olan addım kimi görürlər”.

“Qızlar evliliyə romantik gözlə yox, daha realist və ehtiyatlı yanaşır”

Psixoloq qeyd edib ki, əslində, bir çox qız evlilikdən qorxmur, sadəcə, uğursuz evliliklərdən, nəzarət altında yaşamaqdan, azadlıqlarınınboğulmasından qorxurlar:

“Gənc qızların sevgi istəmədiklərini demək doğru olmaz, onlar sevginin içində güvən, hörmət və bərabərlik axtarırlar. Təəssüf ki, cəmiyyətimizdə hələ də qadının uğur meyarı kimi yalnız ailə qurmaq və ana olmaq göstərilir. Halbuki hər bir qadının fərqli həyat yolu ola bilər və bu, seçim azadlığı ilə formalaşmalıdır.

Qadın həm ana, həm həyat yoldaşı, həm də uğurlu bir mütəxəssis ola bilər. Məhz bu balansı qurmağa çalışan yeni nəslin qızları artıq evliliyə romantik gözlə yox, daha realist və ehtiyatlı yanaşır. Nəticə etibarilə, bu dəyişikliklərdən qorxmaq lazım deyil, onlar dəstəklənməli dəyişikliklərdir”.

“Evliliyi karyeralarını qurban vermək kimi qəbul edirlər”

Sosioloq Lalə Mehralı isə bildirib ki, bu gün bir çox gənc qız ailəni karyeraya maneə kimi görür. 

Onun sözlərinə görə, bu düşüncə təsadüfən yaranmayıb, uzun illərdir müəyyən ideoloji təsirlərlə formalaşıb:

“Cəmiyyətdə elə bir fikir formalaşdırılıb ki, bu gün bir çox qız ailəni karyeranın qarşısında bir maneə kimi görür. Bu düşüncə isə elə-belə formalaşmayıb. Uzun illərdir gender bərabərliyi və feminizm ideyalarını təbliğ edən müxtəlif hərəkatlar, xüsusilə də Qərb institutlarının təsiri ilə qızların təliminə, tərbiyəsinə və təhsilinə müəyyən təsir göstərilib. Belə bir fikir aşılanıb ki, qadın evləndikdən sonra karyerasından uzaqlaşır, ailəyə bağlandıqda isə təhsildə və peşə fəaliyyətində uğur qazana bilmir.

Yəni bunu bir növ onların beyninə yeritdilər. Bu proses uzun illərdir aparılır, yəni əslində 30-40 il əvvəl başlayıb. Bu gün nəticələrini artıq görürük. Çünki bu uzunmüddətli bir layihə idi. Nəticədə qızlar evlənmək istəmirlər və evliliyi karyeralarını qurban vermək kimi qəbul edirlər. Onlar düşünürlər ki, övlad sahibi olduqdan sonra təhsildən və işdən uzaq qalacaqlar. Bu, bəzən anlaşılan haldır.

Çünki qızlar təhsillərinə, işlərinə müəyyən qədər kapital yatırırlar, bu kapitalın geridönüşübaşlayarkən evlənmək və ya ana olmaqla o gəlirdən məhrum olmaq istəmirlər. Düşünürlər ki, ailə qurduqdan sonra məsuliyyət artacaq, diqqət dağılacaq, nəticədə karyeraları zəifləyəcək. Buna görə də evlənmirlər. Evlənənlər isə uşaq dünyaya gətirmək istəmirlər. Əslində isə bu düşüncə kökündən yanlışdır”. 

“Əgər zamanında düzgün seçim etsəydi...”

Sosioloq qeyd edib ki, qadınların ailəni karyeraya maneə kimi görməsi əslində çox vaxt öz seçimlərinin nəticəsidir:

“Əgər bir qadın ailəni karyerası üçün sədd hesab edirsə, burada ailəni deyil, öz seçimlərini müzakirə etməlidir. Əgər zamanında düzgün seçim etsəydi, yəni təhsilinə, işinə dəyər verən, dəstək olan bir həyat yoldaşı seçsəydi, nə işindən geri qalardı, nə də karyerası zəifləyərdi.

Bəzən qəbul etmək lazımdır ki, ailə qurmaq və dünyaya uşaq gətirmək üçün bir müddət, bir-iki il peşə fəaliyyətindən qismən uzaqlaşmaq təbiidir. Bu, təbiətin qanunudur. Əgər bir qadın ailə qurursa və övlad dünyaya gətirirsə, onun müəyyən qədər rahatlığı təmin olunmalıdır ki, uşağına vaxt ayıra bilsin.

Təəssüf ki, bu gün ya evlənməyən, karyerasına görə ailə həyatını təxirə salan, ya da evlənib uşaq dünyaya gətirdikdən sonra onu dayə ilə böyüdən, nəticədə övladını ana südündən və ana sevgisindən məhrum edən çox sayda ailə nümunəsi var. Əslində karyera ilə ailə arasında seçim edəndə bəzən qəbul eləmək lazımdır ki, karyera ailə, övlad deyil. Seçim qarşısında qalarkən ailəni üstün tutmaq ona görə vacibdir ki, ailə gələcəkdir.

Ailə ümumilikdə səni formalaşdıran, səni sən olaraq qəbul edən sosial quruluşdur. Sabah səhhətində problem yaranarsa və ya karyeranda axsamalar olarsa, sən iş həyatında heç kimə lazım olmayacaq vəziyyətə gəlsən, o karyera sənin gözünün yaşına baxmayacaq. Amma yaxşı gündə də, pis gündə də ailə sənin yanındadır”.

“Tərəziyə qoymayın”

Lalə Mehralının fikrincə, qızlar ailə qurmaq məsələsini karyera ilə müqayisə etməməlidirlər:

“Qızlar ailəni və evliliyi karyera ilə müqayisə etməməlidirlər. Müəyyən dərəcədə işlərinə, təhsillərinə və karyeralarına ara verib ailə də qurmaq lazımdır. Təhsili başa vurduqdan sonra ailə qurmaq və övlad dünyaya gətirmək həm özü, həm də gələcək üçün daha sağlam addımdır. Hər ikisini bir tərəziyə qoyub hansının ağır gələcəyi məsələsi əslində qızların düşüncəsini qarışdırır.

Odur ki, tərəziyə qoymaq lazım deyil. Müəyyən yaşa qədər təhsilini başa vurandan sonra ara vermək daha yaxşıdır, dünyaya uşaq gətirmək və evlənmək, ailəni möhkəm qura bilmək üçün o fasiləyə ehtiyac var”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri