Icma.az
close
up
RU
Dil siyasəti

Dil siyasəti

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru

Fəaliyyət göstərdiyi uzun illər ərzində elmimizə böyük töhfələr verən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində dövlətimizin başçısı öz çıxışı ilə həm alimlərimizə verilən dəyəri ifadə etdi, həm də eyni zamanda bu çıxış onlar üçün əsl yol xəritəsinə çevrildi. Bu çıxışda irəlidəki illərdə elm adamlarının fəaliyyətinin əsas istiqamətləri irəli sürüldü. Onlar içərisində dilimizin qorunması və inkişafı məsələləri xüsusi bir başlıq kimi təqdim olundu. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dövlətimizin dilimizə verdiyi dəyəri, onun qorunması üçün son illər ərzində görülən və görüləcək işlərin aydın mənzərəsini yaratdı. Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvətlərindən, milli kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu Azərbaycan xalqı öz ana dilinə sahib çıxmaqla milli varlığını qoruyub, onu ədəbi, elmi, ictimai, beynəlxalq müstəviyə çıxarıb. Müasir dövrdə bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə də Prezident İlham Əliyevin dilimizə verdiyi dəyər, ana dilinin qorunması və inkişafı ilə bağlı çıxışları ölkə ictimaiyyətində böyük əks-səda doğurdu.

AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlət başçısının çıxışı həm elmi ictimaiyyət, həm də ümumxalq səviyyəsində dilə verilən yüksək qiymətin ifadəsi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Bu fikir həm dilimizin əhatə etdiyi böyük coğrafiyanı, həm də onun milli birləşdirici gücünü ifadə edir. Yəni dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də bütün dünya azərbaycanlılarını birləşdirən dəyərdir.

Azərbaycan dilinin müstəqillik dövründəki inkişafı yalnız dil siyasəti deyil, həm də dövlətçilik strategiyası kimi qiymətləndirilə bilər. Çünki dil, eyni zamanda, dövlətin ideoloji əsasını formalaşdırır. Ölkə başçımızın vurğuladığı kimi, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Bu mənada Prezident İlham Əliyevin dilə verdiyi önəm təkcə mədəni deyil, siyasi məna da daşıyır. O, dilin müstəqillik ideyasının qorunmasında mühüm rol oynadığını xüsusi qeyd edir. Bu, bir daha göstərir ki, dilin saflığı, təmizliyi və işləkliyi milli ideologiyanın ayrılmaz hissəsidir. Dövlət başçısının dil siyasəti ana dilinin həm daxildə, həm də diaspor mühitində yaşadılmasına yönəlmişdir. Bu baradə onun fikirləri belədir: "Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik".

Müasir dünyada qloballaşma və texnoloji inkişaf nəticəsində dillərin qarşılıqlı təsiri artmaqdadır. Bu, bir tərəfdən təbii prosesdir, digər tərəfdən isə milli dillərin saflığı üçün ciddi təhlükə yaradır. Prezident İlham Əliyev də çıxışında bu məsələyə toxunaraq bildirdi: "Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir". Bu fikir, əslində, müasir dil siyasətinin strateji istiqamətini müəyyənləşdirir. Qloballaşan dünyada sosial medianın və informasiya texnologiyalarının təsiri ilə Azərbaycan dilinə çoxlu sayda yad sözlər daxil olur. Prezident bu halı "təxribat və ya laqeydlik" kimi qiymətləndirərək xəbərdarlıq etdi ki, bu meyl dilin təbiiliyinə, milli ruhuna zərbə vurur. Ölkə başçısının bu istiqamətdəki mövqeyi həm də mədəni mübarizə çağırışıdır. Beləliklə, dilin saflığına qayğı həm mədəniyyətin, həm də milli yaddaşın müdafiəsidir.

"Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Azərbaycan alimlərindən də bax, bu məsələyə öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm", - deyən Prezident İlham Əliyev çıxışında ana dilimizin qorunmasında AMEA və alimlərin roluna xüsusi diqqət ayırdı. Bu fikir elmi ictimaiyyət üçün bir çağırış, həm də dövlətin intellektual resurslarına olan etimadın göstəricisidir.

Elmi dairələr və ziyalılar Azərbaycan dilinin müasir problemlərinin öyrənilməsi, yeni texnoloji mühitə uyğunlaşması və tədrisinin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynamalıdırlar. Prezidentin bu çağırışı həm də elmi dilçilik üçün dialektologiyanın qorunması, yeni terminologiyanın yaradılması, informasiya texnologiyaları dövrünə uyğun dil resurslarının formalaşdırılması kimi yeni vəzifələr müəyyənləşdirir.

Bununla yanaşı, dövlət başçısı yazıçı və şairlərin, jurnalistlərin, siyasətçilərin də üzərinə böyük məsuliyyət qoydu. Doğrudan da, klassiklərimizdən tutmuş müasir yazarlaradək dilə xidmət edən əsərlər milli yaddaşın əsas sütunlarındandır. Bu gün də bu ənənənin davam etdirilməsi vacibdir.

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər təkcə bir çıxış deyil, milli ideya səviyyəsində proqram xarakteri daşıyır. Onun sözləri Azərbaycan dilinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür. "Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır", - deyən ölkə başçısının fikirləri həm dövlət, həm cəmiyyət, həm də hər bir vətəndaş üçün yol göstəricisidir. Bu çıxışla Prezident bir daha göstərdi ki, dil məsələsi onun siyasətində yalnız mədəni deyil, milli təhlükəsizlik və ideologiya məsələsidir. Beləliklə, İlham Əliyevin dil haqqında fikirləri bu gün həm elmi, həm də ictimai kontekstdə strateji əhəmiyyət daşıyır. Ana dili - milli varlığın bünövrəsidir və bu bünövrə güclü olduqca, Azərbaycan xalqı da müstəqil, azad və mənəvi cəhətdən bütöv qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri