Doğum sayında KƏSKİN AZALMA Gənc ailələr niyə dünyaya uşaq gətirmək istəmir?
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin ilk 10 ayında ölkədə 80 min 802 uşaq doğulub. İllik statistikada isə bu say ən yaxşı halda 95 minə çata bilər.
Bu da müstəqillik tariximizin ən aşağı doğum göstəricisi kimi tarixə keçib.
Belə ki, 2024-cü ildə ölkədə 102 mim 310, 2023-cü ildə 112 min 620, 2022-ci ildə isə 122 min 846 uşaq anadan olub. Hətta, COVID-19 tüğyan edən və toy mərasimlərinə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi 2021-ci il 112 min 284, 2020-ci ildə isə 126 min 571 doğum qeydə alınıb.
Nəzərə alaq ki, müstəqillik tariximizdə ən çox uşaq 1991-ci ildə (190 353), 1992-ci ildə (181 364) və 2011-ci ildə (176 072) doğulub. Bu statistika göstərir ki, 1991-ci ildəki doğum göstəricisi ilə 2025-ci ilin proqnozu arasında təxminən 2 dəfəyə yaxın azalma var.
Son bir ildə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 10,2-dən 9,4–9,7-yə enib. Bu da müstəqillik dövründə ən aşağı göstəricidir. Müqayisə üçün deyək ki, Azərbaycanda 1960-cı ildə hər 1000 nəfərə 42,6 körpə düşürdü.
Təbii ki, sözügedən vəziyyət gələcəkdə əmək bazarında işçi qüvvəsinin azalması və əhalinin qocalması kimi çağırışlara yol aça bilər.
Sosial və psixoloji faktorlar
Doğum sayının azalmasının bir sıra sosial və mənəvi-psixoloji faktorlarla əlaqəsi var. Gənclərin karyera və iqtisadi müstəqillik səbəbindən ailə qurmağı daha gec yaşlara təxirə salması, yaşayış xərclərinin artması və mənzil təminatının ailələrin uşaq sayını məhdudlaşdırması, şəhər həyat tərzinin bölgələrə yayılması və qadınların aktiv əmək fəaliyyətinə qoşulması çoxuşaqlı ailə modelini sıradan çıxaran əsas səbəblər hesab olunur.
Hazırda reproduktiv yaşda olan nəslin (1990-cı illərin sonu - 2000-ci illərin əvvəlləri doğulanlar) sayca az olması ümumi doğum sayına birbaşa təsir edir.İnsanlar arasındakı sağlamlıq problemləri də mühüm faktordur. Belə ki, sonsuzluq halları və perinatal ölümlərin artması, eləcə də abortların çoxalması doğum sayının azalmasını tətikləyən səbəblərdəndir.
“Bu bütün dünyanın problemidir”
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Ceyhun Məmmədov deyib ki, bu proses təkcə Azərbaycanda yox, bütün dünya ölkələrində gedir:
“Bəzi ölkələrdə vəziyyət çox böhranlıdır. Bizim ölkəmizdə isə doğum sayının kəskin azalması yalnız son illərdə qeydə alınır. Bu mənada doğum sayının azalması təkcə bizim yox, bütün dünyanın problemidir.
Ölkəmizdə bu problemin həlli üçün müxtəlif layihələr həyata keçirilir. Nəzərə alaq ki, doğum sayının azalmasın obyektiv səbəbləri var. Bu səbəblərin bir qismi birbaşa valideynlərlə bağlıdır. Müəyyən məsələlərsə dövlətin məsuliyyətinə daxildir.
Bu gün valideynlərdən fərqli olaraq dövlət öz üzərinə düşən vəzifələrin icrasına davam edir. Hazırda ölkəmizdə uşaqlarla bağlı, sosial dəstəyə ehtiyacı olan valideynlərlə bağlı dövlətin aydın siyasəti var.
Lakin problemin kökü son zamanlar həyatımıza “vəsiqə alan” yeni tendensiyalardır.
Gənclərin bir çoxu ailə qurmaq istəmir, məsuliyyətdən qorxurlar. Digər səbəb boşanmaların artmasıdır. Boşanmalar bu prosesə birbaşa təsir göstərir. Ona görə də bu problemin həlli istiqamətində həm dövlətin, həm də cəmiyyətin üzərinə müəyyən vəzifələr düşür. Qarşılıqlı şəkildə həm dövlət, həm də cəmiyyətimiz bu azalmanın qarşısını almaq üçün öz üzərlərinə düşəni etməlidir”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 27 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















