Icma.az
close
up
RU
Azərbaycana gələn ərəblərin sayında kəskin azalma

Azərbaycana gələn ərəblərin sayında kəskin azalma

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Həmin müddətdə Ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib”.

Gununsesi.info  xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanıdır:
“Bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. 26 min 602 nəfər isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olublar. Küveytli turistlərin sayı 14 min 779 nəfər olub. Həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub. Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi saya təsirsiz ötüşməyib.

Eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.
Ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər təsdiq edir ki, yeni gəlmə destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var.

Strareji tərəfdaşlığımız olan dövlətlər ilə, xüsusən də Çin ilə turizm sahəsində güclü əməkdaşlıq aktualdır. Çinin böyük getmə turizm potensialının olmasına baxmayaraq hələ də həmin ölkədən gələn turistlərin sayı ümumi əcnəbilərin cəmi 2.3 faizini təşkil edir. Halbuki, potensial və imkanlar daha böyükdür”.

Deputatın sözlərinə görə, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.

“Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi.

Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər.

Daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Gəlmə turistlərin sayının azalması isə yeni çağrışları daha da aktuallaşdırır”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Avqust 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri