Icma.az
close
up
RU
Doğum tarixi insan taleyini müəyyənləşdirir ASTROLOJİ YANAŞMA

Doğum tarixi insan taleyini müəyyənləşdirir ASTROLOJİ YANAŞMA

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Doğum tarixinin insanın taleyinə təsiri uzun illərdir müzakirə olunur. Astroloji yanaşmalar bir yana, elm bu məsələyə daha fərqli prizmadan baxır.

Ölkə.Az Sfera.az-a istinadən xəbər verir ki, aparılan elmi araşdırmalara əsasən, doğum gününün və doğulduğumuz ayın həyatımıza dolayı, lakin ölçülə bilən təsirləri mövcuddur. Araşdırmalara görə, doğum tarixi xüsusilə uşaqlıq və yeniyetməlik dövründə akademik və sosial inkişafda rol oynaya bilər. “Relative Age Effect” adlanan elmi fenomenə əsasən, məktəbə qəbul zamanı yaşca böyük olan uşaqlar daha yüksək özünəinam, liderlik bacarığı və akademik üstünlük qazana bilirlər. Bu təsir zamanla azalsa da, bəzi hallarda peşə seçiminə və karyera yoluna qədər uzana bilir. Bildirilir ki, doğulduğumuz ay sağlamlıq baxımından da müəyyən fərqlər yarada bilər.

Mövsüm amilləri günəş işığı, D vitamini səviyyəsi, temperatur və infeksiyalara məruz qalma riski gələcəkdə metabolik və immun sisteminə təsir göstərə bilər. Lakin alimlər bunun birbaşa “doğum gününün gücü” ilə deyil, ətraf mühit faktorları ilə bağlı olduğunu vurğulayırlar. Psixoloji baxımdan isə doğum günləri insan üçün xüsusi “dəyərləndirmə nöqtəsi” rolunu oynayır. Tədqiqatlar göstərir ki, insanlar xüsusilə 30, 40, 50 kimi mərhələ yaşlarına çatanda həyatlarını daha çox analiz edir, məqsəd və nailiyyətlərini yenidən gözdən keçirirlər. Bu proses bəzi hallarda motivasiya yaratsa da, digərlərində stress və narahatlıqla müşayiət oluna bilər. Psixologiyada bu hal “birthday blues”- doğum günü kədəri kimi tanınır.

Bəzi statistik müşahidələr isə maraqlı faktları üzə çıxarır. Araşdırmalara əsasən, bəzi ölkələrdə doğum günlərinə yaxın dövrdə qəza və sağlamlıqla bağlı risklərin artdığı qeydə alınıb. Bunu emosional gərginlik, qeyd etmə zamanı riskli davranışlar və psixoloji faktorlarla əlaqələndirirlər. Qeyd edək ki, ümumi qənaətinə görə, doğum gününün insanın taleyini birbaşa müəyyən etməsi elmi cəhətdən sübut olunmayıb. Lakin doğulduğumuz zaman, mövsüm və sosial şərait həyat yolumuza dolayı təsir göstərə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri