Icma.az
close
up
RU
Doğuş zamanı iflic oldu, yoxsulluqdan satdığı itini 15 minə aldı, yazdığı ssenari ilə əfsanəyə çevrildi Stallonenin hekayəsi VİDEO

Doğuş zamanı iflic oldu, yoxsulluqdan satdığı itini 15 minə aldı, yazdığı ssenari ilə əfsanəyə çevrildi Stallonenin hekayəsi VİDEO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Silvester Qardensio Stallone 6 iyul 1946-cı ildə Nyu-York şəhərində anadan olub. Atası italiyan əsilli, anası isə rus yəhudisi və fransız əsilli olub.

O, dünyaya gələrkən anasının doğuşu ağır keçib və həkimlərin səhvi nəticəsində Stallonenin sinirlərinə zədə dəyib. Bu səbəbdən onun dodaqları, dili və çənəsi iflic olub. Silvesterin sözlərinə görə, uşaqlığı çox da xoş keçməyib. Üzündəki bu problem sonradan onun tanınmasına səbəb olan bir xüsusiyyətinə – bir növ vizit kartına çevrilib.

Valideynləri həm Silvesterə, həm də kiçik qardaşı Frank Stalloneyə qarşı çox laqeyd idilər. 1957-ci ildə ana və atası boşandıqdan sonra 11 yaşlı Silvester atası ilə qalır. Davranış problemlərinə görə tez-tez məktəbdən qovulurdu. Qiymətləri zəif idi və sinif yoldaşlarının da tez-tez lağ obyektinə çevrilirdi.

1967-ci ildə Mayami Universitetində teatr fakültəsində təhsil almağa başlayan Silvester 1969-cu ildə məzun olmadan universiteti tərk edir. İşlər o qədər pis gedir ki, o və iti Butkus həftələrlə Nyu-Cersi avtobus terminalında yatmağa məcbur olur. Hətta sevimli itini yedizdirməyə pulu olmadığı üçün onu yad bir adama cəmi 25 dollara satmaq məcburiyyətində qalır. Sonrakı illərdə Stallone 15 000 dollarını itini alan adamı tapmaq üçün xərcləyir. Nəticədə iti Butkusu taparaq yenidən ona sahiblənir.

Stallone 1970-ci ildə, 24 yaşında olarkən “The Party at Kitty and Stud's”  adlı yumşaq porno janrında çəkilmiş filmdə baş rolda oynayır. 

Stalloneni ulduza çevirən “Rokki” əfsanəsinin isə maraqlı tarixçəsi var. Silvester bu film vasitəsilə aktyorluq deyil, eyni zamanda ssenari yazarlığı və rejissorluq bacarıqlarını da nümayiş etdirir. "Rokki" ekran işi üçün yazdığı ssenari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. Silvesterin şərti isə bundan ibarət olur ki, onu həmin ekran işində baş rolda çəksinlər. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülür. 1985 və 1988-ci illərdə, 3 illik fasilələrlə çəkilən “Rembo” silsilə filmi pərəstişkarlarını ekransız buraxmamışdı. 2008-ci ildə filmin dördüncü hissəsi olan “Rembo 4” nümayiş etdirilir.

Silvester Stallone “Rokki” ilə məşhurlaşsa da, onu bütün dünyanın gözündə qəhrəman edən rol 1982-ci ildə çəkilmiş “İlk Qan” filmindəki Con Rembo obrazı olur. Belə ki, bu obraz izləyicilərin heyranlığını qazanır. 

Silvester Stallone “Xaç atası” filmində rol almaq istəsə də, heç bir təklif almayıb. 

Şəxsi həyatı 

Silvestr Stallone üç dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən iki oğlu, üçüncü evliliyindən isə üç qızı dünyaya gəlib. İlk həyat yoldaşı olan Saşadan iki oğlu Sage və Seargeoh doğulub. 1979-cu il təvəllüdlü oğlu Searhgeohə autizm diaqnozu qoyulur. 1985-ci ildə Stallone Saşa ilə boşanır və Brigitt Nilsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir.

1997-ci ildə isə Ceniffer Flavinlə ailə həyatı qurur və cütlüyün üç qızı dünyaya göz açır.

Stallonenin oğlu Sage Stallone 2012-ci ildə 36 yaşında olarkən ürək xəstəliyindən vəfat edir.

Silvestr Stallone Bruce Willis ilə birlikdə Planet Hollywood restoranlar şəbəkəsinin ortaq sahiblərindəndir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 İyun 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri