Dohada Beynəlxalq Süni Zəka konfransı keçirilir
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Qətərin paytaxtı Dohada Beynəlxalq Süni Zəka konfransı işə başlayıb. “İnsanlığı süni zəka inkişaflarının mərkəzinə qoymaq” şüarı ilə keçirilən tədbirin açılış mərasimində Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani, eləcə də bir sıra nazirlər və yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, açılış mərasimində süni zəka texnologiyasında ərəb dilinin mövqeyini qlobal səviyyədə gücləndirmək məqsədi daşıyan "Fənar" adlı “Ərəb süni zəka layihəsi” təqdim edilib.
İki gün davam edəcək tədbirdə generativ süni zəkanın tətbiqi məsələləri müzakirə ediləcək. Tədbirdə 25 startap öz layihə və qabaqcıl ideyalarını təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Dekabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















