Icma.az
close
up
RU
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans FOTO

Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans FOTO

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

27-28 may 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində "Süni İntellekt və İnsan Hüquqları: İmkanlar, Risklər və Daha Yaxşı Gələcək Naminə Baxış” adlı beynəlxalq konfrans keçirilib. Qətər Milli İnsan Haqları Komitəsi və BMT tərəfindən təşkil olunan bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən insan hüquqları üzrə mütəxəssislər, hüquq müdafiəçiləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və süni intellekt texnologiyaları sahəsində ekspertlər iştirak ediblər.

AZXEBER.COM Publika.az-a istinafən xəbər verir ki, konfransın təşkil olunmasında məqsəd süni intellekt texnologiyalarının cəmiyyət həyatına təsirini, insan hüquqları və demokratik institutlar üçün yaratdığı imkanlar və riskləri müzakirə etmək, eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığın və hüquqi çərçivələrin gücləndirilməsinə dair tövsiyələr vermək olub.

Konfransı giriş sözü ilə açan Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Məryəm bint Abdullah Al Attiyah bildirib ki, süni intellektin sürətlə inkişafı informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması, fərdi azadlıqlar və demokratik proseslərin müdafiəsi baxımından yeni çağırışlar yaradır. Əldə olunan texnoloji üstünlüklər və innovativ imkanlarla yanaşı, alqoritmik qərəz, diskriminasiya halları, kibertəhlükələr, kütləvi izləmə və dezinformasiya kimi risklər də gündəmdədir.

Konfrans çərçivəsində 12 əsas mövzu üzrə panel müzakirələri aparılıb. Süni intellektin əsas anlayışları, məxfilik və şəxsi məlumatların qorunması, alqoritmik qərəzin qarşısının alınması, ifadə azadlığının təminatı, süni intellekt texnologiyalarının idarəolunması və hesabatlılığı, rəqəmsal bərabərlik, hüquqi və etik çərçivələrin formalaşdırılması, təhlükəsizlik, demokratiya və media azadlığına təsirləri konfransın əsas müzakirə mövzuları olub.

Azərbaycan da bu önəmli beynəlxalq tədbirdə fəal iştirak edib. Ölkəmizin İnsan Hüquqları üzrə Müvəkkili — Ombudsman Səbinə Əliyeva, Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc, hüquq müdafiəçisi Əhməd Şahidov və digər nümayəndələr konfransa qatılıb.

Azərbaycan nümayəndə heyəti tədbir zamanı süni intellekt texnologiyalarının tətbiqində insan hüquqlarının qorunması və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ölkədə görülən işlər və əldə olunan təcrübə barədə təqdimatlar edib. Çıxışlarda, həmçinin, süni intellektin təhlükəsiz və insan hüquqlarına hörmət edən şəkildə tətbiqinin zəruriliyi vurğulanıb.

Qeyd olunub ki, ölkəmizdə informasiya təhlükəsizliyi, vətəndaşların məxfiliyinin qorunması, ifadə azadlığının təmin olunması və süni intellekt texnologiyalarından bərabər istifadənin təşviqi istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, süni intellektin təsir etdiyi əmək bazarı, sosial rifah, təhsil və səhiyyə sistemlərində yaranan yeni çağırışlar və imkanlar da diqqət mərkəzindədir.

Konfransın yekun hissəsində çıxış edən Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Həsən Əl Jamali beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, süni intellektin inkişafı və tətbiqi zamanı insan hüquqlarının müdafiəsi prioritet tutulmalı, şəffaflıq, hesabatlılıq və ədalətli yanaşma prinsiplərinə riayət olunmalı, rəqəmsal bərabərsizlik və kibertəhlükələrə qarşı birgə mübarizə gücləndirilməlidir.

Tədbir çərçivəsində beynəlxalq və regional insan hüquqları təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq üçün ilkin razılaşmalar əldə olunub.

Qeyd edək ki, Qətər dövləti bu sahədə irəli sürdüyü milli süni intellekt strategiyası və 2030 vizyonu çərçivəsində texnoloji inkişafı insan hüquqları və etik dəyərlərlə uzlaşdırmağı hədəfləyir. Konfransda bu istiqamətdə əldə olunan nailiyyətlər və həyata keçirilən layihələr də təqdim edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 31 May 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri