Icma.az
close
up
RU
Doktorant və tələbələrin təqaüdlərinin artırılması dayanqılı sosial siyasətin nümunəsidir

Doktorant və tələbələrin təqaüdlərinin artırılması dayanqılı sosial siyasətin nümunəsidir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın dərin məzmunlu sosial siyasəti geniş əhatə dairəsinə malik olmaqla davamlı səciyyə daşıyır.  Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır.

Bu strateji kursa uyğun olaraq respublikamızın iqtisadi-maliyyə  imkanları genişləndikcə sosial sferaya ayrılan vəsaitlərin həcmi də artırılır. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev ölkə vətəndaşlarının gəlir imkanlarının artırılmasını hədəfləyən daha iki sənəd imzalayıb. Onlardan biri “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam, digəri isə  “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmandır. Beləliklə respublikamızda sayca 5-ci sosial paketin yeni mərhələsinə start verilib.

3 milyon insanı əhatə edən 5-ci sosial islahat paketi

Dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artırıması Azərbaycanda sosial siyasətin ardıcıllığının əyani təsdiqidir. Bu xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə artımla 2025-ci ildə 16,9 milyard manata çatıb. Bütövlükdə, bu gün sosialyönümlü xərclər dövlət büdcəsinin 41 faizini təşkil edir ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə cari ilin əvvəlindən icrasına başlanan 5-ci sosial paket  3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Xatırladaq ki, 5-ci sosial islahat paketinin ilk mərhələsində ölkədə:

- Bu il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdan 16 faiz  artımla 400 manata çatdırılıb;

- Minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16 faiz artırılıb və beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib;

- Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb;

- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb.

- Bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 faiz artırılıb.

- 2025-ci il fevralın 1-dən minimum pensiya 280 manatdan 14,3 faiz  artımla 320 manata çatdırılıb;

- 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb.

Davamlı sosial siyasətə sadiqliyin təsdiqi olaraq dövlətimizin başçısı 12 iyun 2025-ci il tarixində “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Sənəd çox doğru olaraq sosial sferanın dəstəklənməsi baxımından növbəti mühüm addım kimi dəyərləndirilir.

Sözügedən  Fərmana əsasən,  iyulun 1-dən Azərbaycanda:

-Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün  Prezidentin aylıq təqaüdü - 700 manata,

-Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) - 600 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) -  500 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) - 400 manata,

-Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü - 2200 manata,

-Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü - 2000 manata,

-Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manata,

-Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 600 manata,

-Dəfn üçün birdəfəlik müavinət - 600 manata,

-Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:

0-6 yaş arası uşaq üçün - 500 manata,

7-13 yaş arası uşaq üçün - 600 manata,

14-18 yaş arası uşaq üçün - 650 manata,

-Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) - 300 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) - 250 manata,

31-60 faiz pozulmasına görə (III dərəcə) - 180 manata,

-Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü - 350 manata,

-Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdü  - 250 manata,

-Övladlığa götürülən hər uşağa görə aylıq müavinət - 240 manata,

-Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) - 140 manata,

-Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət - 140 manata,

-Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət - 140 manata,

-Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manata,

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manata,

-Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü - 120 manata,

-Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

“Xalq” fəxri adına görə  -  300 manata,

“Əməkdar” fəxri adına görə - 200 manata çatdırılıb.

Göründüyü kimi, bəhs olunan Fərmanın əhatə dairəsi kifayət qədər genişdir. Sənədə əsasən, sosial müavinət və təqaüdlər orta hesabla 20 faiz artırılıb.

İnsan kapitalının inkişafı diqqət mərkəzində

Dövlətimizin başçısının bugünlərdə imzaladığı müvafiq Sərəncama və Fərmana əsasən ölkəmizdə 5-ci sosial paketin əhatə dairəsi daha da genişləndirilib. Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2025-ci il sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

Doktorantura səviyyəsi üzrə:

-elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 (dörd yüz əlli) manat;

-fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 (üç yüz) manat;

Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 (iki yüz qırx) manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 (yüz səksən) manat;

-akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 (yüz iyirmi) manat;

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

-akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 (iki yüz) manat;

-akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 (yüz altmış) manat;

-akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 (yüz on) manat;

Orta ixtisas təhsili müəssisələrində:

-akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 (yüz on) manat;

-akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 (doxsan) manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 (yetmiş) manat;

Peşə təhsili müəssisələrində:

-akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 (yüz on) manat;

- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 (doxsan) manat;

- akademik göstəriciləri “3”- “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 (yetmiş) manat.

Dövlət başçısının imzaladığı Fərmanla həmçinin ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

Göründüyü kimi, 5-ci sosial paketin 3-cü mərhələsi əsas etibarı ilə tələbələrin və doktorantların gəlir imkanlarının artırılmasını hədəfləyir. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bəhs olunan sənədlər respublikamızda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. “Təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır”, - deyə V.Bayramov vurğulayıb.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see170

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see130

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see126

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see124

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see123

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see123

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see123

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see122

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see121

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see118

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri