Icma.az
close
up
RU
“Zarafatyana dərsləri ilə tanınan bu müəllim bizi aldadıb”

“Zarafatyana dərsləri ilə tanınan bu müəllim bizi aldadıb”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnstaqram üzərindən ingilis dilini daha çox zarafatyana tədris etməsi ilə tanınan Azər İsmayılov pulumuzu alıb, ancaq dərsə çağırmır”. 

"Cebheinfo.az" xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya bir qrup tələbə müraciət edib. 

Tələbələrin sözlərinə görə, “iamzervacademy” kimi tanınan bu dil kursu 3 ayın ödənişini əvvəldən alıb, lakin dərs keçmir: “Azər İsmayılov bizi aldadıb. Tez-tez səhifəsində dərslərə kampaniya edir. Məsələn “bir dərs 50 AZN” kimi paylaşım etmişdi. Mən və dostlarım da buna qoşulduq. Bəzilərindən 3 aylıq ödənişi əvvəldən aldı. Dərsi hər gün yubadırdı. Artıq bu müddət 3 ayı ötüb, hələ də əlaqə saxlaya bilmirik. Bizi telefondan bloklayıb, pulumuzu geri qaytarmır”. 

Onlar, həmçinin bildirib ki, A.İsmayılovun səhifəsindəki paylaşımların rəy bölməsində başqa tələbələr də şikayət edib: “Düşünmürdük ki, belə bir hal baş verər. Bizdən başqa, nə qədər tələbə də ondan şikayətçidir. Səhifəsindəki paylaşımların rəy bölməsində bunu görmək mümkündür. Biz özümüz tələbəyik, çətindir. Hər kəsdən 150 manat alanda, nə qədər pul edir. Məsələ ilə bağlı polisə müraciət etməmişik. Amma istəyirik ki, hər kəs xəbərdar olsun. Bu müəllim dələduzluqla məşğuldur”.

Şikayətçilər əlavə ediblər ki, səhifədə tanınmış şəxslərin, müğənnilərin dərslərdə iştirak etməsinə dair videoların olması onlarda bu kursa etimad yaradıb. 

İddialara cavab üçün Azər İsmayılovla əlaqə saxladıq. O, məlumatların həqiqəti əks etdirmədiyini bildirdi: “Tələbələr öz şəxsi səbəbləri olduğu üçün dərsə qoşulmayıblar. Hər kəsin dərsi vaxtında keçirilir. Tələbələr üçün öncədən rezervasiya ödənişi edilir. Əgər dərsə qoşulmursa, 14 iş günü müddətində onun pulu geri qaytarılır. Deaktivasiya şöbəsi bu işlə məşğuldur. Şəxsi səbəblərə görə dərsə qoşulmayan tələbələr dərs paketlərini ləğv edə bilərlər. Tələbələrdən birinin atasının səhhətində problem var imiş. Buna görə də qoşulmayıb. Artıq həmin tələbənin ödənişi geri qaytarılıb. Digərlərinin isə dərsləri başladılıb”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri