Icma.az
close
up
RU
Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü

Türkiyə universitetində doktorant olmaq istədi, ziyana düşdü

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Karabük universitetində doktorantura təhsili almaq istəyən Yusif Qurbanzadə dələduzluğun qurbanı olub.

Bizimyol.info xəbər verir ki, bu məsələdə ona kömək vəd edən Quba rayonu, Zərdabi qəsəbəsinin sakini olan, 1999-cu il təvəllüdlü Təbriz son nəticədə onu aldadıb. Yusif Qurbanzadənin 2500 dollar pulunu ələ keçirməkdə təqsirləndirilərək, Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsilə cinayət məsuliyyətinə cəlb olunub.

Yusif Qurbanzadə bildirib ki, 2024-cü ilin mayında iş yoldaşı Sabir Hüseynovla söhbət əsnasında ona Türkiyədəki universitetlərdən birində doktorantura təhsili almaq istədiyini deyib. O isə deyib ki, Türkiyədə təhsil alan dostu var. Yusif Qurbanzadə xahiş edib ki, dostu ilə danışsın, ondan Türkiyədəki universitetə necə qəbul olduğunu soruşsun.

Sabir Hüseynov dostu ilə danışıb. Onu həmin universitetə doktorantura təhsilinə düzəldən Təbrizin telefonunu ona verib. O da Təbrizlə əlaqə saxlayıb. Təbriz bildirib ki, 2500 dollara Karabük Universitetində doktorantura təhsilinə düzəlmək mümkün olar. Ödənişi ediləndən sonra iyulun sonunda qəbul sənədi veriləcəyi, sentyabrda isə qeydiyyatın tamamlanacağı, ona tələbə bileti veriləcəyini, oktyabrda artıq dərsə başlayacağını bildirilib.

Təbrizin bank kartına 2500 dollar manatla hesabıanaraq, 4370 manat pul göndərilib.

Yusif Qurbanzadə işin yubandığını görüb, Təbrizin onu aldatdığını başa düşüb, pulunu geri istəyib. Pulu ala bilməyəndə isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edib. O, məhkəmədə zərərçəkmiş kimi verdiyi ifadəsində bildirib ki, dəymiş ziyandan cəmi 900 manat qaytarılıb. Bu səbəbdən Təbrizdən şikayətçidir.

Təqsirləndirilən şəxs əməlini etiraf edib. O bildirib ki, Yusifdən aldığı 4370 manat pulu tam şəkildə xərcləmiş və ona qaytarmağa maddi imkanı olmayıb. Lakin elədiyi hərəkətə görə çox peşmandır.

Elə məhkəmə də onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, vurulmuş maddi ziyanı qismən ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddətdə o, elektron qolbaqla gəzməli, yaşadığı Quba rayonundan kənara çıxmamalı, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər evini tərk etməməlidir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Avqust 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri