Icma.az
close
up
RU
Doktorantura təhsili ilə bağlı yeni təklif gələcək üçün nə vəd edir?

Doktorantura təhsili ilə bağlı yeni təklif gələcək üçün nə vəd edir?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında təklif edib ki, Azərbaycanda doktorantura təhsilinin səviyyəsi birə endirilməlidir. Onun fikrincə, bu qanunun qəbul edilməsi təhsilimizin inkişafına öz töhfəsini verəcək.

Bu yerdə insanlar üçün qanunun məğzi olduqca maraqlıdır. Doktorantura təhsilinin səviyyəsinin birə endirilməsi nədir? Bu qanun qəbul edilərsə, gələcək təhsil üçün nə vəd edəcək?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, burada söhbət doktorantura təhsilinin dünyanın bir çox ölkəsində olduğu kimi, sadəcə bir mərhələli olmağından gedir.

"Məlumdur ki, Azərbaycanda fəlsəfə doktoru, elmlər doktoru kimi mərhələlər var. Yəni, köhnə adla desək, doktorantura, aspirantura var. Bunu dəyişdirməyi tövsiyə edirlər. Bu dəyişiklik xüsusilə qeyd etmək istəyirəm ki, gecikmiş bir dəyişiklikdir.

Çünki illərdir bu məsələ müzakirə olunur, ancaq bizə məlum olmayan, vətəndaşlara məlum olmayan səbəblərə görə həmişə yubanır. Dünyanın bir çox ölkəsində isə doktorantura təhsili bir mərhələli olaraq illərdir davam edir. Azərbaycanda doktorantura təhsili almaq bəlkə də dünyanın bir çox ölkəsində doktorantura təhsili almaqdan daha çətindir. Yəni bu, elmi cəhətdən daha çətin yox, prosedur cəhətdən daha çətindir. Azərbaycanda daha çox mərhələlər var. Prosedurlar, addımlar, fazalar var. Bu fazaların bir çoxuna gərək yoxdur", - o əlavə edib.

O qeyd edib ki, doktorantura təhsili universitetin verdiyi təhsildir və universitetin qurduğu heyət tərəfindən doktorantura təhsili verilir.

"Nəticədə tələbə fəlsəfə doktoru elmi ünvanı alır. Bizdə isə məlumdur ki, universitetlər burada vasitəçi qurum kimi fəaliyyət göstərir. Ali Attestasiya Komissiyası doktorantura diplomunun verilməsini öz əlində saxlayır.

"Beləcə, bir mənada monopoliya yaranır. Düşünülür ki, bu monopoliya, yəni bu tək əldə saxlama keyfiyyəti qoruyur. Çünki zənn edilir ki, universitetlərə bu iş tamamilə verilsə, universitetlər bunu sui-istifadə edər. Əlbəttə ki, bu mənada baxdıqda iki qurum, yəni universitet deyir ki, bu iş mənə təhvil verilsin, mən özüm bu işi icra edim. Ali Attestasiya Komissiyası deyir ki, yox, universitetə versək, bu işin keyfiyyəti düşər, ona görə də mənim əlimdə qalmalıdır. Belə müxtəlif fazalar olmalıdır. Yəni bu əslində, mənafelərin toqquşmasıdır. Əslində qarşılıqlı etibar, güvən, keyfiyyət olsa, keyfiyyətə nəzarət olsa, monitorinq olsa, əlbəttə ki, hər iki qurum bir-birinə etibar edəcək və etibarı da doğruladacaq. Yekunda isə nəticədə yaxşı, keyfiyyətli kadrlar, fəlsəfə doktorları ortaya çıxacaq",- deyə o əlavə edib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Trend-ə bildirib ki, deputat Ceyhun Məmmədovun bu gün Milli Məclisdə doktorantura təhsili ilə bağlı səsləndirdiyi fikirlər doğru yanaşmadır.

"Biz xarici təcrübəyə baxanda, Avropa təcrübəsi ilə yanaşanda görürük ki, Azərbaycanda doktorantura pilləsi onlardan fərqli olaraq iki pilləlidir. Yəni, fəlsəfə və elmlər doktoru pilləsindən ibarətdir.

Beləliklə, bir insan doktoratura təhsili alır, fəlsəfə doktoru üzrə müdafiə edir, fəlsəfə doktoru elmi dərəcəsi alır, ikinci dəfə təzədən elmlər doktoru proqramı üzrə təhsil alır və elmlər doktoru olur. Düşünürəm ki, bu dəyişiklik həm də bu sahədə müəyyən yeniliklərin tətbiqinə gətirib çıxaracaq. Elmi təsir üçün həqiqətən faydalı ola bilər.

Yəni, bir insan neçə dəfə gedib doktorantura oxumalıdır? Və yaxud bir insan neçə dəfə elmi işini müdafiə etməlidir?

Hətta qonşu Türkiyə təcrübəsində belə bir dəfə müdafiə edirlər. İnsan bir dəfə müdafiə edir və daha sonra o elmi yaradıcılığını davam etdirir. Yəni, iki dəfə müdafiə etmək özü nə qədər ağır bir prosesdir. Amma bu o demək deyil biz işləri yüngülləşdirəcəyik.

Hesab edirəm ki, biz bürokratik məsələləri yüngüləşdirəcəyik. Amma aktiv elmi fəaliyyətlə məşğul olan şəxs təbii ki, öz tədqiqatlarını davam etdirəcək, öz elmi məqələlərini yazacaq. Tədqiqatlarının nəticələri olaraq elmi yeniliklərlə bağlı beynəlxalq elmi jurnallarda, yerli elmi nəşrlərdə çap olunacaq. Və yaxud adi təhsil müəssisəsində, elmi tədqiqat müəssisələrində çalışacaq və s.

Yəni, bütünlükdə doktoranturanın bir mərhələli olması, bir pilləli doktorantura sisteminə keçid bu sahədə olan vacib dəyişikliklərdən biridir. Zamanında bu təkliflə mən də çıxış etmişəm. Bu gün də fikirləşirəm ki, biz elmi fəaliyyət üçün o üfüqləri açmalıyıq, elmi mühiti sağlamlaşdırmalıyıq. Biz bürokratik əngəllər yaratmalı deyilik. O sağlam mühit formalaşacaqsa, eyni zamanda yanaşma doğru olacaqsa, bu elm adamlarının fəaliyyətində müsbətə doğru dəyişikliklərin yer almasına gətirib çıxalacaq",- deyə o əlavə edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Yanvar 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri