Icma.az
close
up
RU
AMEAda doktorantura təhsili ilə bağlı məruzə dinlənilib AZƏRTAC

AMEAda doktorantura təhsili ilə bağlı məruzə dinlənilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 dekabr, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında doktorantura təhsili ilə bağlı geniş müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

İclasda AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi elmi fəaliyyətin ən mühüm istiqamətini təşkil edən doktorantura təhsili vasitəsilə yüksəkixtisaslı kadr hazırlığı sahəsində mövcud vəziyyətə toxunub, beynəlxalq təcrübəni nəzərdən keçirməklə qarşıda duran bir sıra vəzifələri diqqətə çatdırıb. Məruzədə beynəlxalq təcrübə kontekstində respublikada doktorantura təhsili ilə bağlı mövcud vəziyyət və beynəlxalq təcrübə əsasən iki aspektdə nəzərdən keçirilib.

S.Xavəri məruzəsində birinci istiqamət üzrə doktorantura təhsilini tənzimləyən mövcud normativ-hüquqi bazanı nəzərdən keçirib, ali təhsilin üçüncü səviyyəsi olaraq doktorantura təhsilinin hüquqi və fəlsəfi spesifikasını, struktur özəlliklərini Boloniya prinsipləri kontekstində dəyərləndirib. Bundan əlavə, AMEA-da doktorantura təhsili, onunla bağlı mühüm statistik göstəricilər, eləcə də doktorantura təhsili ilə bağlı elm sahələri və ixtisaslar, onların müəssisələr üzrə paylanması kimi məsələlər diqqətə çatdırılıb. Həmçinin dünya elminin yeni çağırışları, İKT-nin, süni intellekt texnologiyalarının inkişafı, multidissiplinar, transdissiplinar tendensiyaların artdığı bir şəraitdə doktorantura təhsil səviyyəsi üzrə ixtisasların təsnifatına yenidən baxmaq zərurəti, respublikada doktoranturaya illik qəbul planı, qəbul və müdafiə edənlərin sayı arasında nisbət, bu istiqamətdə mövcud tendensiyalar və onların ehtimal olunan nəticələri, dissertasiyaların qiymətləndirilməsində mövcud mexanizmlər və beynəlxalq təcrübə (səlist və qeyri-səlis yanaşmalar), AMEA-da doktorantura təhsili ilə bağlı beynəlxalq əlaqələr və s. məsələlər məruzədə əksini tapıb.

Məruzədə ikinci əsas istiqamət olaraq məzmun səviyyəsində doktorantura təhsili ilə bağlı beynəlxalq təcrübə və respublikada mövcud vəziyyət nəzərdən keçirilib. Burada doktorantura təhsilinin məzmun spesifikası, beynəlxalq təcrübədə PhD-nin fəlsəfi platforması, ən ümumi modeldə elmi-tədqiqat prosesinin məntiqi ardıcıllığı, elmi fakt və düşüncə konstruksiyası arasında münasibətlər, elmi problemin formulə “problemi”, Azərbaycanda doktorantura təhsilinin məzmununa yanaşmalar, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə elmi-tədqiqat işlərinin – dissertasiyaların hazırlanmasında məzmun səviyyəsində müşahidə olunan xarakterik problemlər diqqətə çatdırılıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış edərək məruzəni yüksək qiymətləndirib, doktorantura təhsili sahəsində mövcud problemlərə toxunub, təkliflərini səsləndiriblər.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli elmimizin gələcəyi üçün AMEA-da doktorantura təhsilinin səviyyəsinin yüksəldilməsinin vacibliyini bildirib. Qeyd edib ki, doktorantlara qarşı diqqət və qayğı daha da artırılmalı, institut rəhbərləri və şöbə müdirləri tərəfindən elmi məqalələrin nəşrində və digər təşkilati işlərdə bütün zəruri dəstək verilməlidir. AMEA rəhbəri bildirib ki, doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflərin hazırlanması, doktorantura təhsilinin dünya təcrübəsinə uyğunlaşdırılması qarşıdakı hədəflər sırasındadır.

Rəyasət Heyəti tərəfindən məruzədə və müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınaraq doktorantura təhsil səviyyəsi ilə bağlı müvafiq qərar qəbul edilib, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri