Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Doktoranturada oxuyanları niyə işə götürmürlər? AÇIQLAMA

Doktoranturada oxuyanları niyə işə götürmürlər? AÇIQLAMA

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanda doktorantura təhsili elmi və elmi-pedaqoji kadrların hazırlanması üçün əsas mərhələlərdən biridir və bu mərhələdə olan şəxslərin əmək bazarına inteqrasiyası ilə bağlı bəzi məhdudiyyətlər mövcuddur”.

Bu fikirləri Metbuat.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, doktorantura təhsili adətən iki formada həyata keçirilir: əyani (tam ştatlı) və qiyabi (istehsalatdan ayrılmamaqla). Bu status doktorantların işə qəbul olunması məsələsinə də təsir edir:

“Əyani doktorantura təhsil alanlar dövlət tərəfindən maliyyələşdirilən proqramlar çərçivəsində təhsil aldıqları üçün onların tam ştatlı işə qəbul olunması müəyyən çətinliklərlə qarşılaşa bilər. Çünki dövlət bu şəxsləri elmi fəaliyyətlə məşğul olmaları üçün dəstəkləyir və onların əsas vaxtlarını elmi-tədqiqat işlərinə həsr etmələri gözlənilir. Bununla belə, mövcud qanunvericilik doktorantların işləməsinə qadağa qoymur. Əyani təhsil alan doktorantlar adətən universitetlərdə və ya elmi-tədqiqat institutlarında pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Lakin bəzi qurumlar doktorantların tam ştatlı işə qəbul edilməsində çətinlik yarada və onların statusunu əsas gətirərək işə götürməkdən imtina edə bilər”.

K.Əsədovun sözlərinə görə, qiyabi doktorantlar üçün isə belə bir məhdudiyyət yoxdur:

“Onlar istehsalatdan ayrılmadan təhsil aldıqları üçün tam ştatlı işdə çalışa bilərlər. Qiyabi doktorantura proqramları əsasən işləyən şəxslər üçün nəzərdə tutulduğundan onların əmək fəaliyyətini davam etdirməsi normal hal kimi qəbul edilir. Buna görə də qiyabi doktorantlar həm dövlət, həm də özəl sektorda işləyə bilərlər. Dünya təcrübəsində doktorantların əmək bazarına inteqrasiyası fərqli modellərlə tənzimlənir. Bir çox Avropa və Amerika universitetlərində doktorantlar eyni zamanda universitetlərdə müəllim köməkçisi, tədqiqatçı və ya laborant kimi fəaliyyət göstərirlər. Bu, onların akademik mühitdə təcrübə qazanmalarına və maddi dəstək əldə etmələrinə imkan yaradır. Bəzi ölkələrdə isə doktorantlar tam ştatlı işlərdə çalışa bilərlər, lakin bu halda onların tədqiqat işlərini effektiv şəkildə davam etdirmələri üçün müəyyən balans qurulmalıdır”.

Təhsil eksperti doktorantların işə qəbulu məsələsində hüquqi məhdudiyyətlərdən çox, təşkilati və idarəetmə faktorlarının önəmli rol oynadığını vurğulayıb:

“Əyani doktorantların tam ştatlı işləməsi bəzi universitetlərdə və elmi qurumlarda əlavə icazələr və prosedurlarla tənzimlənə bilər. Bu da bəzi hallarda işəgötürənlərin onları işə qəbul etməkdən çəkinməsinə səbəb ola bilər. Lakin hüquqi baxımdan doktorantların işə qəbul olunmasına maneə yoxdur və onların elmi fəaliyyətləri ilə yanaşı, əmək bazarında da iştirak etmələri mümkündür.

Nəticə etibarilə, doktorantların işə qəbul olunması ilə bağlı qanuni məhdudiyyət olmasa da, əyani təhsil alanların tam ştatlı işlə təmin olunması bəzi praktiki çətinliklərə səbəb ola bilər. Qiyabi təhsil alanlar üçün isə bu cür məhdudiyyətlər yoxdur və onlar tam iş rejimində fəaliyyət göstərə bilərlər. Azərbaycanın elmi və akademik kadr bazasının gücləndirilməsi üçün doktorantların iş imkanlarının artırılması və onların elmi fəaliyyətlə əmək bazarı arasında balans yaratmasına şərait yaradılması vacibdir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi doktorantların həm elmi, həm də iqtisadi baxımdan daha səmərəli fəaliyyət göstərməsinə kömək edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:711
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Mart 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri