Icma.az
close
up
RU
Doktoranturada xarici dil tələbi yenidən nəzərdən keçirilməlidir

Doktoranturada xarici dil tələbi yenidən nəzərdən keçirilməlidir

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

DİM doktoranturaya bu ilki  qəbul imtahanlarının nəticələrini elan edib.  Bu il doktoranturaya qəbul imtahanından xarici dil üzrə 37 % iddiaçı kəsilib, yəni  bu səbəbdən  doktoranturaya qəbul edilməyiblər. Xarici dil üzrə doktorluq minimumu imtahanından isə 70 % doktorant kəsilib, Bu faktlar doktoranturaya qəbul imtahanının və minimum imtahanının xarici dil fənni üzrə tələblərinin çox yüksək olduğunu, bu tələblərin Azərbaycanın zəif  təhsil reallığına uyğun olmadığını göstərir. Texnologiyanın müasir inkişaf səviyyəsində belə tələblərə ehtiyac  yoxdur. Bu elmə gələn azsaylı gənclərin bu yolla elmə gələn yolunu bloklayır. doktoranturada oxuyanların isə dissertasiya üzərində işləməsinə maneə törədir.  Əgər doktorantlar və iddiaçılar xarici dil imtahanına hazırlaşmağa  daha çox vaxt sərf edərlərsə, onda da ixtisas üzrə hazırlıqları və dissertasiya yazmağa onların vaxtları çatmır. Ona görə vaxtında dissertasiya müdafiə edən doktorantların sayı 10 %-dən azdır. Bütün bu məsələlərə ETN və AMEA yenidən baxmalıdır. Bu mövzuda 2 il əvvəl də məqalə yazmışdıq. Təəssüf ki, aidiyyatı qurumlar  heç bir təklifi qəbul etmir, duruun yaxşılığa doğru dəyişdirməyə cəhd etmir. Süni intellektin inkişafı dövründə elm, elmi kadrların hazırlanması, o cümlədən doktorantların xarici dil imtahanlarının təşkili məsələsinə yenidən baxmaq lazımdır. 

37% və 70% kəsilmə göstəriciləri öz-özlüyündə tələblərin “həddən artıq yüksək” olduğunu avtomatik sübut etmir. Belə nəticələr həm də əvvəlki təhsil pillələrində xarici dil hazırlığının zəifliyi, imtahanın formatı ilə tədrisin uyğunsuzluğu və ya qiymətləndirmə meyarlarının tətbiqi ilə bağlı ola bilər. 

Elm siyasətində əsas məqsəd mümkün qədər çox insanı imtahanlardan kəsmək deyil, mümkün qədər çox istedadlı gənci yüksək səviyyəli alimə çevirməkdir.  Əgər doktoranturaya qəbul zamanı tətbiq olunan mexanizmlər elmi potensialı aşkar etməkdən daha çox onu məhdudlaşdırmağa xidmət edirsə, həmin mexanizmlərin yenidən qiymətləndirilməsi təbii və zəruridir.

Azərbaycanın gələcək inkişafı üçün  vacib olan resurs insan kapitalıdır. İnsan kapitalının ən yüksək forması isə yeni bilik yaradan alimlərdir. Buna görə də doktorantura sistemi istedadlı gənclərin qarşısında baryer yaratmamalı, əksinə onların elmi inkişafını sürətləndirən çevik, ədalətli və müasir mexanizmə çevrilməlidir.

Süni intellektin, rəqəmsal elmi platformaların və qlobal akademik əməkdaşlığın sürətlə inkişaf etdiyi bir dövrdə doktorantura siyasəti də bu yeni reallıqlara uyğun yenilənməlidir. Yüksək standartları qorumaq vacibdir, lakin həmin standartlar elmin inkişafına xidmət etməli, istedadlı tədqiqatçıların elmə daxil olmasını çətinləşdirən məqsədsiz inzibati maneəyə çevrilməməlidir.

İlham Əhmədov

Dosent

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 İyul 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri