Icma.az
close
up
RU
Dollar dəyərdən düşür? Digər dövlətlərin də oxşar addımı atması gözləniləndir

Dollar dəyərdən düşür? Digər dövlətlərin də oxşar addımı atması gözləniləndir

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının ayrı-ayrı ölkələrə tətbiq etdiyi tarif siyasəti ilə müzakirələr daavm etməkdədir.

Bakıvaxtı.az bildirir ki, əksər ölkələr Trampın bu qərarına etiraz ediblər. Tramp isə atılan addımın yerli istehsalı artıracağını və büdcəyə milyard dollarla vəsaitin daxil olacağını açıqlayıb.

Müzakirələrə görə, Trampın tarif siyasəti fonunda ayrı-ayrı ölkələrin atacağı cavab tədbirləri dolların zəifləməsinə və dəyərdən düşməsinə səbəb olacaq. Doğrudanmı, dollar dəyərdən düşə bilər?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Trampın həyata keçirdiyi tarif dəyişiklikləri dolların mövqeyinin daha da güclənməsinə hesablanıb. Ölkələr üzrə idxal olunan məhsulların gömrük rüsumlarının müəyyən faiz artırılması bazarda olan yerli şirkətlərin və istehsalçıların mövqeyinin güclənməsinə və sığortalanmasına səbəb olacağı nəzərdə tutulub.

V.Oruc bildirib ki, Amerika iqtisadiyyatı heç də göründüyü kimi güclü deyil. ABŞ-nin trilyard dollarla ölçülən borcları var. Bu gün dünyada siyasi və dominant güc mövqeyində olsa da, hazırkı proseslər iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun getmir:

“Belə ki, dünyada əlavə güc mərkəzləri yaranıb. Bu güclər əsasən iqtisadi güclərdən ibarətdir. Çin, Avropa, Rusiya və yeni amil kimi Türk Birliyi meydana çıxıb. Bu amillər Amerikanın daxili, xarici və iqtisadi siyasətində müəyyən korrektələrin aparılmasını zəruri edir. Tramp hakimiyyətə gələndən sonra iqtisadi güc olaraq meydanda Amerikanın öz gücünü itirməməyə çalışır. Lakin bu cür meyllər əks təsirlərə səbəb olacaq. Çünki sözügedən dövlətlərə qoyulan gömrük rüsumları onların Amerikada fəaliyyət göstərməsinə çox ciddi problemlər yaradır. Nəticədə yerli bazarda rəqabətdən geri çəkilməyə məcbur olurlar. Bu baxımdan digər dövlətlərin də oxşar addımı atması gözləniləndir".

İqtisadçının fikrincə, dünya iqtisadiyyatında Amerika dollarının mövqeyi mühüm rola malikdir. Əgər dollara qarşı hansısa əks addım atılarsa, Amerika bu addımları cavabsız qoymayacaq. Beləliklə, mövqe mübarizəsi daha da qızışacaq.

Vüqar Oruc: Dollara qarşı hansısa əks addım atılarsa, Amerika bu addımları cavabsız qoymayacaq

Həmsöhbətimiz qeyd edib ki, hazırda avronun mövqeyinin güclənməsi bu mübarizənin nəticəsidir. Avronun alternativ və işlək xarici valyuta kimi güclənməsi dolların mövqeyini sıxışdıra bilər. Lakin bazarda dollar hələ də dominant mövqedədir. Onun sözlərinə göə, ümumdünya qlobal inflyasiya nəticəsində bütün milli valyutaların dəyərində baş verən dəyişikliklər son nəticə olaraq, ABŞ dollarının qüvvədə qalmasına köməklik göstərəcək.

“Dolların dəyərinin ciddi şəkildə düşəcəyi inandırıcı görünmür. Düzdür, hazırkı dollar əvvəlki dollar deyil. Təbii ki, əvvəlki dəyərindən çox fərqlənir. Buna baxmayaraq, dollarla bağlı ciddi problemlərin yaşanacağı gözlənilmir", - Vüqar Oruc əlavə edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri