İsrail ittiham etdi Qətərdən cavab
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qətər İsraildəki parlament seçkilərinə müdaxilə və onların nəticələrinə təsir göstərməyə yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi ittihamlarını qəti şəkildə rədd edir.
Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Doha İsrail siyasətçilərini öz siyasi uğursuzluqlarına görə Qətəri günahkar etməməyə çağırır”, - o bildirib.
Əl-Ənsari vurğulayıb ki, bəzi İsrail siyasətçiləri və onlarla əlaqəli media nümayəndələri seçkilərdən sonra yaranan daxili siyasi mübahisələrə Qətəri cəlb etməyə çalışaraq, yeni bir dezinformasiya kampaniyasına başlayıblar.
Qeyd edək ki, bülletenlərin 97,5 faizinin sayılmasından sonra Netanyahu Bloku 53, Ayzenkot Bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. Bloklardan heç biri hökumət qurmaq üçün 61 mandat əldə edə bilməyib.
Netanyahu Bloku Qətər və Türkiyəni İsraildə seçkilərə müdaxilədə ittiham edib və MSK-dan araşdırma tələb edib. MSK isə araşdırma üçün ölkənin kəşfiyyat qurumlarına göstəriş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Oktyabr 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















