Icma.az
close
up
RU
Dolların məzənnəsi təhlükədə Vacib proqnoz verildi

Dolların məzənnəsi təhlükədə Vacib proqnoz verildi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 1-də ABŞ-də federal hökumətin fəaliyyətinin qismən dayandırılması fonunda dollar əsas valyutalara qarşı zəifləyib və həftəlik minimum həddinə enib. Hazırda Vaşinqtonda baş verən hadisələrin maliyyə bazarlarına təsiri diqqət mərkəzindədir.

Federal hökumətin qapanması fonunda dolların aqibəti necə ola bilər?

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, indi investorların diqqəti ABŞ-da siyasi böhranın davam etmə müddətinə və bunun iqtisadi göstəricilərə təsirinə yönəlib:

“Adətən böhranlı hallarda dollar “təhlükəsiz liman” valyutası kimi möhkəmlənir. Lakin bu dəfə vəziyyət fərqlidir: dövlətin borc öhdəliklərinə dair sualların yaranması, xəzinə istiqrazlarının gəlirliliyinin yüksəlməsi və siyasi qeyri-müəyyənlik investorları ehtiyatlı davranmağa məcbur edir. Nəticədə dollar satışı güclənir və onun dəyəri enir. Ortamüddətli perspektivdə hökumətin qapanması ABŞ iqtisadi artımını zəiflədə, statistikanın açıqlanmasını gecikdirə və dövlət xərclərini məhdudlaşdıra bilər. Bu isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) mövqeyinə birbaşa təsir edir”.

Kənan Quluzadə

İqtisadçı bildirib ki, əgər iqtisadi geriləmə riski artarsa, FED faiz artımlarını təxirə sala və ya daha yumşaq monetar siyasət yürüdə bilər:

“Bu ssenari dolların əlavə zəifləməsinə yol aça bilər. Uzunmüddətli planda isə dolların aqibəti daha fərqli görünür. ABŞ iqtisadiyyatının miqyası, maliyyə bazarlarının dərinliyi və dolların beynəlxalq ticarətdə dominant mövqeyi hələ də onu əsas rezerv valyutası kimi qoruyur. Bununla belə, siyasi böhranların tez-tez təkrarlanması ABŞ-ın maliyyə intizamına dair sualları artıraraq dolların qlobal imicinə zərbə vurur. Nəticə olaraq, qısamüddətli dövrdə dolların zəifləməsi gözləniləndir, amma uzunmüddətli perspektivdə onun qlobal dominantlığı möhkəm dayaqlara malikdir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri