Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Dolların “qara günlər”i başlayıb

Dolların “qara günlər”i başlayıb

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dolları oktyabrın 14-də zəifləməyə başlayıb. İnvestorlar ölkədə açıqlanacaq inflyasiya göstəricilərini və Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin çıxışlarını gözləyirlər.

Dollar indeksi 0,02% azalaraq 102,16 bəndə düşüb. Bundan əvvəl, çərşənbə axşamı indeks 0,35% geriləmişdi. Bazar iştirakçıları inflyasiyanın FED-in gələcək faiz qərarlarına necə təsir edəcəyini qiymətləndirirlər. İnflyasiyanın gözləniləndən yüksək olması faizlərin yenidən artırılması ehtimalını gücləndirə bilər. Əksinə, qiymət artımının zəifləməsi daha yumşaq pul siyasətinə dair gözləntiləri artıra bilər. Hazırkı bazar qiymətləndirmələrinə görə, investorlar FED-in oktyabrın sonundakı iclasında faizləri dəyişməz saxlamasına daha çox ehtimal verirlər. 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, ABŞ dollarının dünya bazarında zəifləməsi Azərbaycanda dolların məzənnəsinin də avtomatik aşağı düşəcəyi demək deyil: 

“Çünki Azərbaycanda manatın dollara qarşı məzənnəsi sərbəst bazar prinsipi ilə formalaşmır. Mərkəzi Bankın məlumatına görə, 2026-cı il oktyabrın 14-də də dolların rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində olub. ABŞ dollarının qlobal bazarda dəyəri əsasən Federal Ehtiyat Sisteminin faiz siyasətindən, inflyasiyadan və investorların dollar aktivlərinə tələbatından asılıdır. ABŞ-də inflyasiya yüksəldikdə FED-in faizləri yüksək saxlamaq və ya artırmaq ehtimalı güclənir. Bu, adətən dolları dəstəkləyir. Əksinə, inflyasiya zəiflədikdə və faizlərin aşağı salınması gözləntiləri artdıqda dollar digər valyutalara qarşı ucuzlaşa bilər”. 

Lakin bu dəyişikliklərin Azərbaycana təsiri fərqli mexanizmlə baş verir: 

“Ölkədə dolların məzənnəsinin sabit qalmasında valyuta bazarında tələb və təklif, neft və qaz ixracından daxilolmalar, Dövlət Neft Fondunun valyuta satışları və Mərkəzi Bankın siyasəti əsas rol oynayır. Dolların dünya bazarında zəifləməsi avro, funt sterlinq və digər valyutaların dollara qarşı möhkəmlənməsinə səbəb ola bilər. Bu halda həmin valyutaların manatla ifadə olunan məzənnələrində də dəyişiklik mümkündür.

Ancaq dolların manata qarşı ucuzlaşması üçün Azərbaycanda valyuta bazarının şərtləri və məzənnə siyasəti də dəyişməlidir. ABŞ-də inflyasiyanın gözləniləndən yüksək olması FED-in faizləri azaltmasını gecikdirə, hətta faiz artımı ehtimalını gücləndirə bilər. Oktyabrın 14-də açıqlanan məlumatlardan sonra bazarlarda bu ehtimallar yenidən qiymətləndirilib.

Nəticə etibarilə, yaxın perspektivdə qlobal dollar indeksindəki dəyişikliklərdən çıxış edərək Azərbaycanda dolların ucuzlaşacağını proqnozlaşdırmaq düzgün olmaz”. İqtisadçı qeyd edib ki, manatın məzənnəsi baxımından əsas məsələ ölkənin valyuta gəlirləri, daxili dollar tələbi və Mərkəzi Bankın məzənnə siyasətidir. 

Aişə
“Cebheinfo.az”

Açar sözlər: dollar Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri