Icma.az
close
up
RU
“Qara qitə”nin ağ günlər xəyalı...

“Qara qitə”nin ağ günlər xəyalı...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İstismarçıların gedişi Afrikaya nələr vəd edir?

Yeni dövr üçün “köhnə resseptlər” effekt vermir - Afrika inkişaf yolunda...

XX əsr müasir qlobal siyasi nizam qaydalarının formalaşması dövrü kimi yadda qalsa da, XXI əsr daha çox iqtisadi parametrlər üzrə dəyərləndirilir. Başqa sözlə, XX əsrdə münasibətlər sistemi daha çox siyasi ştrixlərə fokuslanırdısa, XXI əsrdə artıq yeni gündəmi iqtisadi maraqlar təşkil edir. Diqqət yetirsək, son 100 ildə dünyanın əsas güc mərkəzləri siyasi-iqtisadi fəallığı fərqli fərqli coğrafiyalara daşımaqla, bəzi regionlar bəlkə də “məqsədli” şəkildə diqqətdən kənarda saxlanılıb. Məsələn, Avropa İttifaqı və onun “başbiləni” statusunda çıxış edən Fransa Afrika ilə bağlı həqiqətlərin yayılmasını, bu qitənin siyasi-iqtisadi potensialının açılmasını, “dəyirmi masa”lardakı təmsilçiliyinin aktivləşdirilməsini istəməyib. Bəlkə də, bu məqamlar daha çox Qərbin Afrikada əsrlər boyunca törətdiyi soyqırımlarına, sömürgəçiliyə əsaslanır - amma qitə ümumilikdə, müstəqillik qazandıqdan sonrakı mərhələdə də siyasi-iqtisadi perspektiv vəd edə bilməyib, önə çıxmasına imkan verilməyib.

Əsas prioritetlər - Afrika öz problemlərinə fokuslanır...

2024-cü il bütün dünyada olduğu kimi, Afrikanın da inkişafında yeni mənzərə formalaşdırdı - bu gələcək üçün həm təməl, həm ümid, həm də aktivlik deməkdir. Xüsusilə, Fransanın timsalında istismarçı müstəmləkəçiliyin son qalıqlarının da bir sıra Afrika ölkələrindən qovulması qitə üçün yeni gələcəkdən xəbər verir. Qitənin əsas siyasi güc mərkəzi rolunda çıxış edən Afrika İttifaqı ötən il olduqca çevik və həlledici məqamlara hesablanan siyasi fəallıq göstərib. 2024-cü ildə Afrika İttifaqı (Aİ) bir sıra mühüm toplantılar keçirərək qitənin siyasi, iqtisadi və sosial məsələlərini müzakirə edib - keçirilən toplantılarda əsas müzakirə predmetləri kimi sülh və təhlükəsizlik məsələləri önə çıxarılıb.  Nəticə etibarı ilə müzakirə olunan məsələlər gələcək perspektiv üçün yeni şərait formalaşdırır:

- Təsadüfi deyil ki, Afrika İttifaqı qitədəki münaqişələrin həlli üçün yeni sülhməramlı missiyaların yaradılmasına qərar verib və üzv ölkələri terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb;

- İttifaq üzvləri qlobal iqlim dəyişikliyi ilə mübarizədə koordinasiyalı fəaliyyət göstərməyi nəzərdə tutur (onlar Bakıda keçirilən COP29 tədbirində də fəal iştirakçı kimi yer almışdlar);

- Ticarət maneələrinin aradan qaldırılması və AfCFTA-nın tam tətbiqi üçün üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi gələcək üçün ən mühüm prioritetlərdən biri kimi elan edilib.

Yeni gündəm - Fransasız gələcək...

Təbii ki, qitə dövlətləri yeni nizam formalaşdırmaq üçün köhnə “siyasi asılılıq formatı”ndan xilas olmalı idilər. Burada yenə də kolonialist mövqeyindən əl çəkməyən, müstəmləkəçi Fransanın çirkin siyasi maraqları “boy” göstərirdi. 2024-cü il Afrikada Fransaya qarşı etirazlar və onun hərbi mövcudluğuna qarşı çıxışların artması ilə yaddaşlara həkk olundu:

- Mali və Burkina Faso: Fransa, 2024-cü ildə Mali və Burkina Fasodan hərbi qüvvələrini çıxarmağa məcbur oldu. Bu ölkələrdə Fransanın hərbi mövcudluğuna qarşı etirazlar və hökumətlərin qərarları nəticəsində Fransa ordusu geri çəkildi;

- Niger: 2023-cü ildə Nigerdə Fransaya bağlı olan hökumət devrildikdən sonra, 2024-cü ildə Fransanın hərbi qüvvələri bu ölkədən çıxarıldı. Nigerdəki çevriliş və Fransaya qarşı etirazlar nəticəsində Fransa ordusu ölkəni tərk etdi;

- Seneqal: Fransa 2024-cü ildə Seneqal hökumətini qonşu Mali və Burkina Fasodan çıxarılan fransız qoşunlarını qəbul etməyə razı salmağa çalışsa da, seneqallılar bundan imtina etdi. Bu, Fransanın regiondakı təsirinin tam əşkildə zəifləməsinin göstəricisi idi.

Nəticədə isə qitədə yeni siyasi mühit, daha doğrusu yeni inkişaf mərhələsi üçün zəmin yaranır. Qitə yeni nizamda özünün iqtisadi - siyasi əsaslarını həm formalaşdıra, həm də daha da möhkəmləndirə biləcək.

Ticari münasibətlər - artan statistika nədən xəbər verir?

Qeyd olunmalıdır ki, Afrikanın yeni siyasi inkişaf periodiksiyası hələ 2023-cü ildən başlayıb. Afrika İttifaqının “Böyük İyirmiliy”ə (G20) daimi üzv kimi qoşulmağa çağırılması bunun sübutudur - təbii ki, bu, qarşıdakı yeni dönəmdə Afrikaya yaranan ehtiyacın səbəblərindən qaynaqlanır.  55 Afrika ölkəsini özündə birləşdirən təşkilat bütövlükdə, qitənin gələcək perspektivini yaradır.

Qitənin gələcəyi ilə bağlı danışarkən, əsas diqqətəalınacaq məqamlardan biri qütblərarası savaşda Afrikanın yerinin müəyyənləşməsidir. Qərb qitəni özünə cəlb etməklə yeni nizamda ondan yenə də faydalanmaq arzusunu gizlətmir. Yəni,

-Afrikanın “Qərb ekspresinə” qoşulması həm də G7-yə rahat nəfəs aldıracaq (xammal bazası kimi çıxış edən Rusiyanın alternativi ortaya çıxacaq);

-Dünya iqtisadiyatının əsas “iplərini” əlində saxlayan Qərb Afrika vasitəsilə həm də təzyiq aləti yarada biləcək;

-Yeni dövrdə yeni münasibətlər sistemi formalaşdırılacaq və ən əsası yeni bazar yaranacaq...

Yeni bazar yaranması məsələsinə təsadüfən toxunmadıq. Afrika qitəsinin Avropa İttifaqı, Rusiya, Çin, ABŞ və Türkiyə ilə ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bunu son illərin statistikasına nəzər yetirsək, daha aydın görə bilərik:

 - 2019-cu ildə Aİ Afrika qitəsinin ən böyük ticarət tərəfdaşı olub. 2019-cu ildə Aİ və Afrika arasında ticarət dövriyyəsi təxminən 280 milyard avro təşkil edib. Aİ və Afrika arasında ticarət əlaqələri pandemiyanın təsirlərinə baxmayaraq, 2022-ci ildə 300 milyard avro səviyyəsinə qalxıb. 2023 və 2024-cü illər üzrə bu statistika hələ tam açıqlanmasa da, inkişaf prosesinin mənfi tendensiya daşıyacağı düşünülür.

- Rusiya ilə əlaqələrdə də eyni tendensiya müşahidə edilib. ticarət dövriyyəsi 2019-cu ildə təxminən 20 milyard dollar idisə, 2022-ci ildə rəqəm cüzi dəyişikliyə məruz qalıb.

- Çin ilə ticarət dövriyyəsi artımla qeydə alınıb. 2019-cu ildə rəqəm 200 milyard dollar təşkil edirdisə, 2022-ci ildə 4 milyard dollar artıb.

- ABŞ ilə ticarət dövriyyəsi 2019-cu ildən 2022-ci ilə qədər cəmisi 5 milyard artaraq 65 milyard dollar səviyyəsinə qalxıb.

- Nəhayət, yeni qlobal aktorların sırasına qoşulan Türkiyə ilə iqtisadi-ticari münasibətlərdə də inkişaf göz oxşayır - bu rəqəm 2019-cu ildə 20 milyard dollar idisə, 3 il ərzində 25 milyard dollara çatıb.

Çin fəaldır - 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumu

Afrikada yeni mərhələdə nəzərdə tutulan “əsas iş”lərdən biri, qitə dövlətlərinin hərbi güc kimi müttəfiqliyə cəlb olunmasıdır. Bir sıra siyasi ekspertlər düşünür ki, Afrikadan qovulan Fransanın timsalında Aİ-nin yeri yeni güc mərkəzləri tərəfindən cəld şəkildə doldurulacaq - burada Çin faktoru önə çıxır. Pekinin Cibutidə hərbi bazasının yaradılması və 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumunun fəaliyyəti Pekinin strateji hədəflərindən xəbər verir. Çin Xalq Azadlıq Ordusu Birləşmiş Millətlər Təşkilatının 17 sülhməramlı missiyasını əhatə edən 2000-ə yaxın əsgəri ilə Afrika sahillərində piratçılığa qarşı mübarizə aparır. Çinin Afrikanın bir sıra ölkəsində, o cümlədən Ekvatorial Qvineya, Anqola və Atlantik sahilindəki Namibiyada əlavə hərbi bazalar yaratmaq barədə planları var.

Çin Xalq Respublikasının Afrika ilə təhlükəsizlik və hərbi əməkdaşlığı onun sərmayələrini və “bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə qurulan infrastrukturunu qorumaqda mühüm amil kimi qiymətləndirilir. Pekin dəfələrlə Afrika ilə hərbi əməkdaşlığın gücləndirilməsi və təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlıq bu layihələrin uğur qazanması üçün lazım olan sabitliyi və təhlükəsizliyi qorumaq üçün vacibdir. Beləliklə, Çinin Afrika dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı iqtisadi maraqlarını qorumaqla yanaşı qitədə və onun ətrafında daha geniş geosiyasi məqsədlərinin olduğunu da üzə çıxarıb. Çin qlobal təsirini genişləndirməyi və beynəlxalq təhlükəsizlik nizamını yenidən formalaşdırmağı hədəfləyib. Bu ilin sentyabrın 4-dən 6-dək Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda Çin lideri Si Cinpin bu əməkdaşlığın ölkəsi üçün əhəmiyyətli olduğunu bildirib. Si Cinpin Çinin Afrika ilə əməkdaşlığının və buradakı ölkələrə dəstəyinin Pekin üçün əsas prioritetlərdən biri olacağını vurğulayıb. Çinin Afrika qitəsində mökhəmlənməsi Pekinin ABŞ-la qlobal və regional rəqabət strategiyasının bir hissəsidir.

Çin Afrika ölkələrinə müxtəlif növ hərbi texnika, o cümlədən təyyarələr, döyüş sursatları, zirehli maşınlar, artilleriya, dronlar, elektron müşahidə sistemləri, raketlər, radar və raketlər təqdim edib. Bunlar Afrika ölkələrinə münasib qiymətlərə satılıb. Çin hərbi satışlarla yanaşı, Afrika ölkələri ilə zabit hazırlığı proqramlarını da genişləndirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, Çin 2019-2023-cü illər arasında 21 Afrika ölkəsinə silah ixracı həyata keçirib. İnstitutun hesabatına görə, hazırda Afrika ölkələrinin hər 10 ordusundan yeddisi Çin hərbi texnikasından istifadə edir.

ABŞ “yerini bərkidir” - hərbi gücü Türkiyə təmsil edəcək...

Aİ-nin yerinin doldurulması uğrunda gedən fəaliyyətdə ABŞ da öz “ağırlığını” qoyur. Vaşinqton son illərdə Afrika qitəsində siyasi və iqtisadi əlaqələrini gücləndirmək və yenidən qurmaq istiqamətində bir sıra təşəbbüslər həyata keçirir. Bu səylər müxtəlif ölkələrlə əməkdaşlığın dərinləşdirilməsini əhatə edir. Məsələn, Fransa qüvvələrini sərhədlərinə buraxmayan Seneqal ABŞ ilə siyasi və iqtisadi əlaqələrini gücləndirmək üçün müxtəlif təşəbbüslər həyata keçirir. Seneqal Qərbi Afrikada ABŞ-ın mühüm tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq mövcuddur. Eyni zamanda, Vaşinqtonun diqqət yetirdiyi ölkələrdən biri də Keniyadır. ABŞ, Keniya ilə iqtisadi əlaqələrini genişləndirmək məqsədi ilə sərmayə və ticarət sahələrində əməkdaşlığı artırmağa çalışır. Keniya, ABŞ-ın Şərqi Afrikadakı əsas tərəfdaşlarından biri sayılır. Beləliklə də, ABŞ Afrikada artan Çin təsirinə qarşı öz mövqeyini gücləndirmək üçün yeni təşəbbüslər irəli sürmək məcburiyyətindədir. Çünki Çinin Afrika ölkələri ilə ticarəti ABŞ-ın mövcud göstəricisini bir neçə dəfə üstələyə bilib.

ABŞ həm də Yaxın Şərqin bir addımlığında yerləşən Afrikaya özünün yeni hərbi bazası kimi baxmaq istəyir. Nəzərə alınmalıdır ki, Avropada NATO, Uzaq Şərqdə AUKUS kimi təşkilatlar vasitəsilə hərbi nizamı əlində saxlayan Vaşinqton Yaxın Şərq regionunda o qədər də güclü deyil. Bu, sonuncu dəfə Suriya məsələsində bütün gerçəkliyi ilə üzə çıxdı. Amma nəzərə alınmalıdır ki, regionda başqa bir NATO gücü - Türkiyə var. Afrika Türkiyə üçün yeni siyasi və ya hərbi dəstəkçiyə çevrilmə potensialına malikdir....

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri