Dominikanda güclü yağışlar səbəbindən 30 min nəfər təxliyə edilib
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Dominikan Respublikasında artıq bir aydan çoxdur, intensiv yağan şiddətli yağışların fəsadları səbəbindən 30 minə yaxın insan öz evini tərk edib.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, leysanlar üç nəfərin ölümünə səbəb olub.
"Hökumətin hazırda prioriteti həyatların xilas edilməsi, əmlakın mühafizəsi və infrastrukturun qorunub saxlanmasıdır", - deyə prezident Luis Abinaderin dəftərxanasının bəyanatında bildirilir.
Dövlət başçısı beş əyalətdə, eləcə də paytaxt Santo-Dominqoda fövqəladə vəziyyət elan edib.
Fövqəladə Əməliyyatlar Mərkəzinin aprelin 12-nə olan məlumatına görə, fəlakət zonalarından 30 500 nəfər təxliyə edilib, 14 yaşayış məntəqəsinin ətrafla əlaqəsi kəsilib, 6 100 evi su basıb, avtomagistrallar və körpülər zədələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 13 Aprel 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















