Icma.az
close
up
RU
Donald Tramp: “Endryunun həbsi rüsvayçılıqdır”

Donald Tramp: “Endryunun həbsi rüsvayçılıqdır”

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Tramp jurnalistlərə keçmiş şahzadənin əli qandallı görüntülərini şərh edərkən belə deyib.
“Məncə, bu, rüsvayçılıqdır. Çox kədərlidir. Kral ailəsi üçün çox pisdir. Çox, çox kədərlidir. Bunu görəndə çox kədərləndim. Böyük Britaniya kralının ABŞ-yə səfərini səbirsizliklə gözləyirəm və onun qardaşının həbsi həqiqətən də çox kədərli bir hadisədir”, – Amerika lideri vurğulayıb.
Xatırladaq ki, fevralın 19-da Böyük Britaniya polisinin keçmiş şahzadə Endryu Mauntbetten-Vindzoru həbs etdiyi barədə məlumat açıqlanıb. Beləliklə, keçmiş şahzadə 1646-cı ildən bəri kral ailəsinin həbs edilən ilk üzvü olub.
Keçmiş şahzadə Endryu həbs olundu Lakin bir müddət sonra “Sky News” telekanalı keçmiş şahzadə Endryunun Kent qraflığının Eylşem kəndindəki polis bölməsini tərk etdiyini bildirib.
Ümumilikdə, Endryu polis bölməsində təxminən 12 saat keçirib. Hazırda ona qarşı ittiham irəli sürülüb-sürülmədiyi məlum deyil. Böyük Britaniyada şübhəlilər adətən 24 saatdan çox olmayaraq saxlanılır, bundan sonra ya ittiham irəli sürülür, ya da sərbəst buraxılır. Həbs müddətini 96 saatdan çox uzatmaq üçün polis məhkəməyə müraciət etməlidir.
Yeri gəlmişkən, Böyük Britaniya Kralı III Çarlz dövlət vəzifəsində qanun pozuntusunda şübhəli bilinən kiçik qardaşı Endryunun həbsi xəbərindən “dərin narahatlıq” keçirdiyini bildirib. O, hüquq-mühafizə orqanlarının indi tam və ədalətli araşdırma aparmalı olduğunu, kral ailəsinin isə “tam dəstəyini və əməkdaşlığını” təmin edəcəyini söyləyib.
- İcazənizlə, açıq deyim: qanun üstünlük təşkil etməlidir. Bu proses davam etdiyi müddətdə bu məsələ ilə bağlı əlavə şərh verməyim yersiz olardı. Bu vaxt ərzində ailəm və mən öz vəzifəmizi yerinə yetirməyə və hamınıza xidmət göstərməyə davam edəcəyik”, - Böyük Britaniya Kralı III Çarlz vurğulayıb.

“BBC” tele-radio korporasiyasının Kral sarayındakı müxbiri Şon Koflan keçmiş şahzadənin həbsinin Böyük Britaniya üçün görünməmiş bir hadisə olduğunu deyib. “BBC”, öz növbəsində, bildirir ki, həbs günahkarlığın sübutu kimi qəbul edilməməlidir, Endryuya qarşı isə hələlik rəsmi ittiham irəli sürülməyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Fevral 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri