Icma.az
close
up
RU
Şahzadə Endryunun silah lisenziyası ləğv edildi

Şahzadə Endryunun silah lisenziyası ləğv edildi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Britaniyalı şahzadə Endryunun silah daşımaq üçün olan lisenziyası geri alınıb. 

Qaynarinfo xəbər verir ki, "Metro" nəşrinin yazdığına görə, polis əməkdaşları kral III Çarlzın 65 yaşlı qardaşını Vindzordakı "Royal Lodge” iqamətgahında ziyarət ediblər.

Həvəsli ovçu kimi tanınan Endryu artıq özünə məxsus ov tüfəngləri və silah kolleksiyasından istifadə edə bilməyəcək.

"Bu, onun üçün ciddi zərbədir. O, ciddi nəzarət altında olacaq”, deyə vəziyyətlə tanış olan mənbə bildirib.

Qeyd olunur ki, polis silahları müsadirə etməyib, lakin onların necə saxlanılması və kimlərin onlara çıxışı olması ilə bağlı yeni şərtlər irəli sürüb.

Xatırladaq ki, oktyabrın 30-da III Çarlz Ceffri Epşteyn qalmaqalı ilə əlaqədar şahzadə Endryunu bütün titullardan və fəxri adlardan məhrum edib, həmçinin onun kral iqamətgahından çıxarılması barədə qərar verib. Bundan əlavə, monarx qardaşına "Royal Lodge” malikanəsinin icarəsindən imtina edərək başqa bir özəl yaşayış yerinə köçməli olduğunu rəsmi şəkildə bildirib.

Bu yaxınlarda ABŞ Ədliyyə Nazirliyinin saytı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlər arxivini yayımlayıb. Fotolardan birində, ehtimal ki, Endryu Mauntbetten-Vindzor beş nəfərin arasında diz üstə uzanmış vəziyyətdə əks olunub.

Epşteyn 2002–2005-ci illər ərzində onlarla azyaşlı qızın Nyu-Yorkdakı Manhettendə yerləşən evinə və şəxsi adasına gətirilməsini təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən edib ki, dəvət olunanlar arasında ən kiçiyinin yaşı cəmi 14 olub. 2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri