Donald Tramp: İrana çox sərt zərbə vuracağıq!
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp İranla bağlı son açıqlama verib.
Turkustan.az xəbər verir ki, o bildirib: "Biz onlara çox sərt zərbə vuracağıq. Bir məqamda onlar deyəcəklər ki, 'Artıq dözə bilmərik'."
ABŞ prezidenti son hadisələrlə bağlı açıqlamalar verib.
Tramp dedi: " Biz sadəcə qalib gəlmək istəyirik. Çox yaxşı işlər görürük. Bu kimi bir vəziyyətdə mümkün qədər nəzakətli olmağa çalışırıq. Onlar məhv edilir."
Bir jurnalistin "İranla bağlı xəbər var, deyilir ki, ordu sizə böyük bir əməliyyat üçün razılaşma təklif edib" ifadəsinə cavab olaraq Tramp dedi: "Biz artıq böyük bir əməliyyat keçirmişik. "Böyük" dedikdə nəyi nəzərdə tutursunuz?"
ABŞ prezidenti İranla razılığa gəlmək ehtimalının olduğunu bildirərək, "İranla razılığa gələ bilərik. Amma yalan danışdıqları üçün onlara olan inamımı itirirəm" dedi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 31 İyul 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















