Donald Trampın adına görə üç milyard dollar xərclənəcək
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Florida Senatı ABŞ Prezidenti Donald Trampın Palm Biçdəki iqamətgahının yaxınlığındakı hava limanının onun şərəfinə adlandırılmasını təsdiqləyib.
Oxu.Az xəbər verir ki , bunu qanunverici orqanın dərc etdiyi səsvermənin nəticələri göstərib.
25 senator lehinə, 11-i əleyhinə səs verib, üçü isə bitərəf qalıb. Qanun layihəsi indi qubernator Ron DeSantis və Federal Aviasiya Administrasiyası tərəfindən təsdiqlənməlidir. Adın dəyişdirilməsinə 2.7 milyard dollar ayrılacaq. Bu vəsait lövhələr, ünvan sistemləri və digər hava limanı infrastrukturunun yenilənməsinə sərf olunacaq.
Qanun layihəsinin sponsoru, respublikaçı senator Debbi Meyfild Trampı 400 mindən çox qanunsuz immiqrantı deportasiya etdiyinə və Meksika ilə Kanadadan narkotik qaçaqmalçılığına qarşı mübarizə apardığına görə bu şərəfə layiq görüb.
Əlavə olaraq, fevralın 17-də Florida Nümayəndələr Palatası da ad dəyişikliyini təsdiqləyib, beləliklə hava limanına "Donald J. Tramp Beynəlxalq Hava Limanı" adı verilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 20 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















