Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Dondurma alarkən onun qoxusuna diqqət yetirilməlidir AYDINLIQ GƏTİRİLDİ

Dondurma alarkən onun qoxusuna diqqət yetirilməlidir AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Dondurma qış ayının deyil, əsasən yay fəslinə xas olan qidalardan biri hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında diyetoloq Ləman Süleymanova deyib.

O bildirib ki, hər bir insanın bədənində sabit vücud temperaturu mövcuddur və bu, immun sistemin fəaliyyətində və orqanizmin müdafiə funksiyalarında mühüm rol oynayır: "Vücud temperaturu, ətraf mühitin temperaturu fəsillə bağlı olaraq orqanizmin qəbul etdiyi qidaların növünə və həssaslığına da təsir göstərir. Məsələn, yay aylarında havanın yüksək temperaturu nəticəsində orqanizmin soyumağa ehtiyacı artır. Bu ehtiyac çərçivəsində bədən təbii olaraq sərinləşdirici təsiri olan qidaları, o cümlədən dondurmanı seçir. Belə qidalar bədənin istilik balansını qorumaqda və orqanizmin termal yükünü azaltmaqda yardımçı olur.

Əksinə, qış aylarında hava temperaturunun aşağı olması səbəbindən bədənin istilik itkisi artır və orqanizm daha çox enerji verən, isti saxlayan qidalara üstünlük verir. Bu səbəbdən qış mövsümündə dondurma kimi soyuq qidaların qəbulu orqanizm üçün uyğun olmaya bilər, çünki bu, immun sistemin fəaliyyətinə mənfi təsir göstərə və müxtəlif soyuqdəymə hallarına səbəb ola bilər.

Beləliklə, dondurmanın yay mövsümündə daha uyğun və sağlam seçim olması insan orqanizminin fizioloji ehtiyacları və ətraf mühitlə olan qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Yay fəslində havalar isindikcə dondurmaya meyillik artır. Dondurma necə hazırlanır? Dondurmanın, təbii ki, hazırlanmasını bilirik. Ev şəraitində biz bunu hazırlayırıq. Süd, qaymaq, müxtəlif meyvə və giləmeyvələrdən istifadə olunur. Bunların qarışdırılması ilə maraqlı bir qida növü hazırlanır. Dondurmanı da, təbii ki, uşaqlar daha çox sevirlər.

Qeyd edilməlidir ki, sağlam məhsullardan hazırlanmış təbii dondurmaların tərkibində müxtəlif faydalı maddələr mövcuddur. Bu maddələrə A, D, E, B və C vitaminləri daxildir. Südün tərkibi və istifadə olunan süd yağının növündən asılı olaraq yağ miqdarı adətən 2%-dən başlayaraq 15%-ə qədər dəyişə bilər. Ümumilikdə, təbii və sağlam şəkildə hazırlanmış dondurmaların tərkibində insan orqanizmi üçün faydalı bir çox qida maddələri mövcuddur. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, sənaye üsulu ilə, yəni mağazalarda satışa çıxarılan dondurmaların tərkibinə çox zaman müxtəlif əlavə maddələr – qoruyucu, dadverici və rəngverici birləşmələr daxil edilir. Bu cür dondurmaların saxlanma şəraiti də xüsusi əhəmiyyət daşıyır. Məsələn, dondurmaların sağlam şəkildə saxlanması üçün -20°C temperatur tələb olunduğu halda, bəzi kommersiya obyektlərində bu temperatur rejiminə əməl olunmur və məhsul -12°C və ya daha yüksək temperaturda saxlanılır. Bu isə dondurmanın keyfiyyətinin və saxlama müddətinin azalmasına səbəb olur və onun istehlak üçün təhlükəsizliyini şübhə altına alır.

Dondurma 2–3 gündən artıq saxlanıla bilməz. Əslində, bunun səbəbləri var. Çünki onun tərkibindəki maddələr südə əsaslanır. Düzgün hazırlanmadıqda və düzgün saxlama şəraiti təmin olunmadıqda, rahatlıqla zəhərlənməyə səbəb ola bilər. Buna görə də ehtiyatlı olmaq vacibdir. Mağazalardan alınmış dondurmaların tərkibində təhlükəli maddələr ola bilər. Onlara müxtəlif qatqılar əlavə olunur. Ev şəraitində hazırlandıqda isə bu proses daha şəffaf və nəzarətlidir. Evdə qaymaq, yumurta, şəkər tozu, vanil kimi məhsullardan istifadə olunur. Ev şəraitində hazırlanmış dondurma düzgün qablaşdırıldıqda istifadəsi təhlükəsizdir. Lakin hazır alınmış dondurmalara ehtiyatla yanaşmaq lazımdır. Onlar müxtəlif qablaşdırmalarda saxlanılır və uzunmüddətli qorunması üçün tərkibinə əlavə maddələr daxil edilir. Bu məhsullar bəzən açıq havada və ya uyğun olmayan şəraitdə saxlanılır. Belə dondurmalar bir neçə gün ərzində təhlükəli hala gələ bilər. Onların tərkibinə rəngverici və digər kimyəvi maddələr əlavə olunduğuna görə, düzgün saxlanmadıqda zəhərlənməyə səbəb ola bilir.

Dondurma alarkən nəyə diqqət etmək lazımdır? Vaflili, vaflisiz formada olur, kağızda və ya vaflili qablaşdırmada təqdim olunur. Bəzi hallarda isə kafe və restoranlarda xüsusi qablaşdırmalarda təqdim edilir".

"Dondurma alarkən ilk növbədə onun qoxusuna diqqət yetirilməlidir. Məsələn, vaflili dondurmalar olur ki, onların içərisindəki dondurma hissəsi əriyib və yenidən donub. Bu zaman bilmək lazımdır ki, bu məhsul sağlam deyil. Yaxud, müxtəlif rəngli dondurmaların içərisində olan meyvə parçalarında göyümtül ləkələr və kif izləri müşahidə edilirsə, həmçinin qaymaq qatının üzərində qara izlər görünürsə, bu məhsulun istifadəyə yararsız olduğunu göstərir. Belə məhsullar zəhərlənmə riski daşıya bilər. Bu kimi məqamlara mütləq diqqət yetirilməlidir.

Adını qeyd etməyəcəyəm, lakin yaxın zamanda bir marketdən dondurma alınaraq evə gətirilib. Qapaq açıldıqda məlum olub ki, dondurmanın saxlama müddəti artıq bitib və məhsul keyfiyyətsiz vəziyyətdədir. Üzərində qara ləkələr müşahidə olunub. Bu vəziyyətə səbəb kimi, tanınmış market rəhbərliyinin satışa çıxarılan məhsullara kifayət qədər diqqət yetirməməsi göstərilə bilər. Həmçinin, məhsulları təqdim edən şirkətlər də məsuliyyət daşımır. Market rəhbərləri bu məsələdə daha ehtiyatlı olmalı, bazara çıxan bütün məhsulları sistemli şəkildə yoxlamalıdırlar. Məhsulların keyfiyyətinə nəzarət edən məsul şəxslərin təyin olunması zəruridir. Təəssüf ki, bu istiqamətdə nəzarət mexanizmləri kifayət qədər güclü deyil və bu da istehlakçılar üçün risklər yaradır" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 May 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see226

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see163

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see141

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri