Icma.az
close
up
RU
DİQQƏT: Vətəndaş yeni şəxsiyyət vəsiqəsini alarkən nə etməlidir? AYDINLIQ GƏTİRİLDİ

DİQQƏT: Vətəndaş yeni şəxsiyyət vəsiqəsini alarkən nə etməlidir? AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

O bildirib ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün bəzi sənədlər tələb olunur: "Şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə - DİN-nin məsul əməkdaşı tərəfindən elektron formada tərtib edilir);

vətəndaşın doğum haqqında şəhadətnaməsi;

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);

Vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;

Dövlət rüsumunun ödənilməsi barədə sənəd;

Ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd;

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə həyata keçirilir;

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur;

15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda ödənişsiz həyata keçirilir.

Elektron imza ilə əlaqədar sertifikatların, elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi, onlardan istifadə və həmin sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ya ləğvi "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri götürülməklə yalnız aşağıdakılar tələb edilir:

1. şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə- DİN-nin məsul əməkdaşı tərəfindən elektron formada tərtib edilir);

2. şəxsiyyət vəsiqəsi;

3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;

4. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən və şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş dəyişdirilməyən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş dəyişdirilə bilən məlumatlarda səhv müəyyənləşdirildikdə, vəsiqə səhv məlumatları daxil etmiş orqana təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.

Vətəndaş yeni şəxsiyyət vəsiqəsini alarkən, köhnə şəxsiyyət vəsiqəsini təhvil verməlidir.

QEYD: Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, o Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində təşkil olunan müvafiq xidmətinə müraciət edə bilər.

Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya oğurlanması

1.Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.

2. Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.

3. Vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və vəsiqə sahibinin şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş vəsiqə barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonravətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.

4. Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri