Icma.az
close
up
RU
Dönərdən zəhərlənmə halları təkcə keyfiyyətsiz ətdən qaynaqlanmır AÇIQLAMA

Dönərdən zəhərlənmə halları təkcə keyfiyyətsiz ətdən qaynaqlanmır AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qida zəhərlənməsi bütün dünya ölkələrində mövcuddur. Ən inkişaf etmiş ölkələrdə belə bu problem var və təəssüf ki, Azərbaycan da bundan geri qalmır. Əgər rəsmi statistikalara baxsaq, Azərbaycanda qida zəhərlənmələrinin sayı dünya göstəricisindən 1400 dəfə az göstərilir. Bu isə saxta statistikadır. Bu rəqəmlərə əsaslanaraq sanki Azərbaycanda vəziyyət yaxşı imiş kimi təqdim edirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
"Beynəlxalq mənbələrdəki məlumatlara baxanda görürük ki, vəziyyət dünya göstəricilərinə uyğundur.Bütün bunların əsas səbəbi istehlakçı hüquqlarının Azərbaycanda çox pis vəziyyətdə olmasıdır. Təsadüfi deyil ki, bu ilin 3 martında Milli Məclisdə Ombudsmanın 101 səhifəlik illik hesabatı müzakirə olundu. Hesabatda “istehlakçı hüquqları” ifadəsi ümumiyyətlə işlədilməmişdi. Halbuki istehlakçı hüquqları insan hüquqlarının tərkib hissəsi hesab edilməlidir".
O bildirib ki, həmin günlərdə 15 nəfər spirtdən zəhərlənərək həyatını itirmişdi:
"Mən bunu Milli Məclisdə də səsləndirdim. 1995-ci ildən qəbul edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun hələ də dəyişdirilməyib. Baxmayaraq ki, illərdir dövlət qurumları bu sahəyə nəzarət edir, real nəticə yoxdur. Bu ilin fevralında isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Antiinhisar və Bazar Nəzarəti Dövlət Xidməti ləğv edilərək, Prezident yanında Dövlət Agentliyi yaradıldı. Amma yenə də qanunvericilikdə dəyişiklik edilmədi.
Qida Təhlükəsizliyi Agentliyi müəyyən işlər görür, amma bu, yetərli deyil. Onlar obyektlərdə yoxlama aparırlar, lakin elə bir rəsmi sənəd təqdim etmirlər ki, istehlakçı həmin obyektin AQTA tərəfindən nəzarətdə olduğunu görə bilsin. Məsələn, dönərxanaların divarında asılan kağızların rəsmi sənəd olub-olmamasını heç kim bilmir. Bir yerdən rəsmi kağız alırlar, amma sonra öz bildikləri kimi fəaliyyət göstərirlər".
Ekspert bildirib ki, illər əvvəl Daxili İşlər Nazirliyinin  Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi regionlardan at əti, eşşək əti və murdar heyvan ətinin gətirilməsi halları barədə məlumat yaymışdı:
"Hətta “Leş Tofiq” kimi hallar ifşa olunmuşdu. Təəssüf ki, bu sahədə ardıcıl iş aparılmadı. Mənim fikrimcə, həmin quruma daha geniş səlahiyyətlər verilməlidir və onlar daha fəal işləməlidirlər.
Dönərdən zəhərlənmənin əsas səbəbi yalnız ətin keyfiyyətsizliyi deyil. Toyuq əti tez xarab olduğu üçün təhlükəli ola bilər. Amma əksər hallarda zəhərlənmələrə mayonez, ketçup kimi əlavə məhsullar səbəb olur. Üstəlik, dönər bir gün qaldıqda artıq istehlaka yararsız hesab edilməlidir. AQTA bu istiqamətdə elə bir mexanizm qurmalıdır ki, sabaha qalan dönər istifadəyə yararsız elan edilərək atılsın.
Qida Təhlükəsizliyi Agentliyi elə bir sistem yaratmalıdır ki, vətəndaş obyektə yaxınlaşanda orada rəsmi sənəd, sertifikat və nəzarət izini görə bilsin. Hazırda isə Agentliyin çevik yoxlama mexanizmi yoxdur. Yoxlamalar əvvəlcədən xəbərdarlıqla aparılır və bu da real nəticə vermir. Bu sistem dəyişdirilməlidir. Əks halda, zəhərlənmələr davam edəcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Avqust 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri