Icma.az
close
up
RU
Donetskdə vəziyyət kritik həddə çatdı: İtkilər arasında azərbaycanlılar da var

Donetskdə vəziyyət kritik həddə çatdı: İtkilər arasında azərbaycanlılar da var

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Donetskin Ukraynanın nəzarətində qalan ərazilərində hərbi vəziyyət kəskinləşərək kritik həddə çatıb.

Vilayətin bütün ərazisi rəsmi olaraq təhlükəli zona elan edilib. Rusiya qoşunlarının hücumları xüsusilə Pokrovsk və Konstantinovka istiqamətlərində cəmləşib, nəticədə dağıntılar və insan tələfatı qeydə alınır.

Təəssüflə bildirilir ki, müharibə nəticəsində həlak olanlar arasında azərbaycanlılar da var.

Əslən Xaçmazdan olan, Konstantinovka sakini Saqib İsmayılov faciəvi itkilərlə üzləşdiklərini bildirib. O, ailə üzvlərindən bir neçə nəfərin həlak olduğunu təsdiqləyib:

"Dayım Hümbət Məmmədov Konstantinovkada kafenin həyətində oturarkən yanına mərmi düşməsi nəticəsində yerindəcə həlak olub. Bu yaxınlarda başqa bir qohumum - xalamın yoldaşı Müzəffər Abbasov dron zərbəsi nəticəsində maşınında diri-diri yanıb."

Saqib İsmayılovun verdiyi məlumata əsasən, son aylarda bu vilayətdə 10-11 nəfər azərbaycanlının həlak olması dəqiqdir.

Donetskin nisbətən sakit yeri sayılan Kramatorsk şəhərinə insanların axını olsa da, artıq burada da vəziyyət gərginləşib. Şəhərə son iki sutka ərzində 20-dən çox hava zərbəsi endirilib. Nəticədə Kramatorskun yarıdan çoxu kommunal xidmətdən məhrum olub.

Vilayətdə davam edən hərbi əməliyyatlar fonunda mülki əhalinin təhlükəsizliyi təmin edilməklə təxliyə işləri davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Donetskdə vəziyyət kritik həddə çatdı: İtkilər arasında azərbaycanlılar da var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Oktyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri