Icma.az
close
up
RU
Donorlar istədiyi vaxt işlədiyi yerdə məzuniyyətə çıxa bilər?

Donorlar istədiyi vaxt işlədiyi yerdə məzuniyyətə çıxa bilər?

Icma.az bildirir, Modern.az portalına istinadən.

İşçi hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verərsə, işlədiyi müəssisə ona ödənişli məzuniyyət verməlidir. Bu, Əmək Məcəlləsinin 104-cü maddəsi ilə tənzimlənir.

Hüquqşünas Ramil Süleymanov Modern.az-a bildirib ki, həm də  “Donorlar haqqında Azərbaycan Respublikasının Qanunu”nda göstərilib ki, donor olan şəxslər müvafiq müəssisədən qan verilməsinə dair rəsmi sənədi əldə edərsə, həmən gün işə gəlməməsinə əsası var. Eyni zamanda bir iş günü müddətinə ödənişli məzuniyyət hüququ qazanır. Ödənişi məbləği orta aylıq əmək haqqına uyğun olmalıdır:

“Əgər şəxsə bu səbəbdən icazə verilməzsə — yəni məzuniyyətə çıxmağa və ya qanvermə haqqında tibbi müəssisə tərəfindən verilmiş arayış əsasında işdən buraxılmasına imkan verilməzsə — bu halda vətəndaş Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Əmək müfəttişliyi tərəfindən əmək qanunvericiliyinin pozulması əsas götürülməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə uyğun olaraq müəssisə inzibati tənbehə məruz qala bilər, barəsində protokol tərtib oluna bilər və cərimə oluna bilər.
İl ərzində nə zaman və neçə dəfə qan vermək öz qərarına bağlıdır. Bu, onun hüququdur. Onsuz da insan ildə 3-4 dəfədən artıq qan verə bilməz”. 

Hüquqşünas deyib ki, maddə ilə bağlı vətəndaş şikayətləri müşahidə olunmur. Hər hansı bir müəssisənin bununla əlaqədar süni maneə yaratmaq ehtimalı azdır.

Ramil Süleymanov qeyd edib ki, işçinin bir dəfə qan verdiyi günə görə bir gün məzuniyyət verilir:

“İşçi il ərzində istənilən vaxt sərbəst şəkildə, məzuniyyətə çıxa bilər. Və yaxud istifadə olunmayan məzuniyyətin üzərinə əlavə edib istifadə edə bilər. Lakin məzuniyyəti pulla kompensasiya edilməsi qanunauyğun deyil. Bəhs etdiyimiz maddə hərtərəfli tənzimlənib, burada hər hansı dəyişiklik ehtiyacı yoxdur”.

Cavid Zahidoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri