Icma.az
close
up
RU
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq?

“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda son iki həftə ərzində bir neçə nəfər "donuz qripi"ndən ölüb.

Bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.

Pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb. Telekanal bildirir ki, xəstələr əsasən qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edirlər.

Həkimlər qeyd edirlər ki, "donuz qripi"nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar.

Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını gözləyirlər.

Uşaq və gənclər daha çox təhlükədə

“Cebheinfo.az” xəbər verir ki, 2009-cu ilin mart ayında Meksikada kütləvi epidemiyaya çevrilməklə aşkarlanan xəstəlik donuzlarda təsadüf edilən qrip virusunun genetik dəyişikliklə insana keçməsi səbəb ilə “donuz qripi” adlandırılıb.

Virus 2009-cu ilin martında Latın Amerikasında özünü biruzə verib, daha sonra bütün dünyaya yayılıb.

“Donuz qripi” donuzlar arasında yüksək yoluxuculuğu olan respirator virus infeksiyasıdır. Bu xəstəliyi A tipli bir neçə donuz qripi viruslarından biri olan H1N1 virusu törədir. Bu virusun donuzdan insana yoluxması nadir haldır. Lakin “donuz qripi” virus infeksiyası insandan insana sürətli yayılır. 

Həkimlər bildirirlər ki, “donuz qripi” infeksiyası ilə yoluxmuş donuzla təmas və ətraf mühitdən yoluxma mümkündür. Bu virus mövsümi qripdən daha sürətli yayılır, ancaq öldürücülük qabiliyyəti mövsümi qripdən azdır. Donuz qripinə 6 aylıq körpələrdən 24 yaşa qədər şəxslər daha çox həssasdırlar. Daha çox bu yaş qrupunda yoluxma halı qeydə alınır. 

Yoluxan uşaqlarda daha ağır keçir. 65 yaşdan yuxarı şəxslərdə bu virusa həssaslıq minimal səviyyədədir. Bu yaş qrupunda yoluxma çox az qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, bu, 1918-ci ildə baş vermiş ispan qripi virusu ilə eynidir və ya oxşardır. O zaman bütün dünyada pandemiya baş verib, 500 milyon insan bu virusa yoluxub, 50 milyon insan ölüb.

Bu əlamətlər varsa...

H1N1 qripinin əlamətləri adi mövsümi qriplə oxşardır. Xəstələrdə ən azı aşağıdakı əlamətlərdən ikisi olur:
•    Qızdırma
•    Öskürək
•    Boğaz ağrısı
•    Bədən üzərində səpkilər
•    Baş ağrıları
•    Üşütmə, halsızlıq
•    Diareya və qusma. 

Öldürücüdür?

Həkimlər bildirirlər ki, nəzarət olunan xəstəlik elə bir təhlükə törətmir. Qripin də ölüm faizi aşağıdır. Qripdən ölüm 4 - 6 faiz olur. Ağır gedişat daha çox körpə uşaqlarda, 60-dan çox yaşı olan insanlarda özünü büruzə verir. Yaşlı insanlarda ürək-damar sistemində müxtəlif pozğunluqlar meydana çıxır. Qripin də ən çox təsir etdiyi ürək-damar sistemidir. Körpələrin immun sistemi zəif, hələ tam formalaşmamış olduğundan, xəstəliyi ağır keçirirlər. 

Xroniki xəstəliyi olan insanlar da qripi ağır keçirir. 3 qrup əsas risk qrupudur. Qrip viruslarının A, B və C kimi tipləri var.  

"Donuz qripi”, "quş qripi” A virusunun variantlarıdır, amma ştampları dəyişir. Ştam fərqli olsa da, xəstəliyin gedişatı eynidir. 

Necə yoluxur?

İnsanların A/H1N1 virusu (donuz qripi) ilə yoluxması adi qriplə eynidir. A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı, kontakt yolu ilə keçir. Hava, damcı yolu ilə yoluxma insanlar asqırdıqda, öskürdükdə baş verir. Ona görə də belə xəstələrlə ünsiyyət zamanı  məsafə saxlamaq, yaxud maska taxmaq lazımdır. Xəstəliyin yoluxma yollarından biri də kontaktdır. 

Belə ki, xəstə insanlar asqırdıqda və ya öskürdükdə əlləri ilə ağızlarını, burunlarını tuturlar. Həmin vaxt çoxlu sayda viruslar insanın əllərinə düşür. İnsanlar bir-birinə əl verib görüşəndə xəstəlik digərinə keçə bilər. Ona görə də çalışmaq lazımdır ki, xəstələr və eyni zamanda sağlam insanlar tez-tez əllərini sabunla və ya hər hansı dezinfeksiyaedici məhlulla yusunlar. 

Yoluxmuş şəxslər əsasən xəstəliyin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilirlər. Virus orqanizmə düşəndən təxminən 7-8 gündən sonra  xəstəliyin əlamətləri üzə çıxır.

İnsan özünü xəstə hiss edirsə,  həkim çağırmalı, çoxlu  maye qəbul etməli, maska taxmalı, əlləri tez-tez sabunla yumalıdır. 

Profilaktiki tədbirlər kimi kəskin respirator xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin digər əlamətləri olan şəxslərlə yaxın ünsiyyətdən qorunmaq, əlləri hər zaman təmiz saxlamaq vacibdir. Mütləq evdə qalmaq, işə və ya təhsil müəssisəsinə getməkdən, kütlə ilə təmasdan çəkinmək lazımdır.

Xəzər
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri