Doqquz aylıq diskvalifikasiya olunan baş məşqçi komandasının oyununu avtobusdan izlədi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Lion"un baş məşqçisi Paulo Fonseka 9 aylıq diskvalifikasiyasından sonra komandasının oyununu avtobusdan izləyib.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, baş məşqçiyə komandası ilə birgə ehtiyat oyunçular skamyasında oturmağa icazə verilməyib.
Amma "Nitsa"ya qarşı qələbə qazandıqları oyunun sonunda kameralar onu və köməkçilərini tribunada görüntüləyiblər.
Məhdudiyyətlərə baxmayaraq, Fonseka komandaya dəstək olub və həlledici anlarda onlarla olub.
Qeyd edək ki, Paulo Fonseka ölkə çempionatı çərçivəsində "Brest" ilə oyunda onun hakimlə mübahisə etməsi səbəbindən ağır cəzalandırılıb. Belə ki, P.Fonseka matç zamanı aldığı qırmızı vərəqədən sonra hakimin üstünə cumaraq onunla aqressiv şəkildə mübahisə edib.
