Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Dörd dost kursantın hekayəti prezident, baş nazir, vitseprezident, marşal olublar

Dörd dost kursantın hekayəti prezident, baş nazir, vitseprezident, marşal olublar

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Son bir həftədə bütün dünyanın diqqətinin cəmləndiyi, hər gün yüzlərlə xəbərin gəldiyi Suriyanın yaxın tarixini araşdırarkən nəzərimizi bir ad-soyad da cəlb etdi. Bu, bir zamanlar Birləşmiş Ərəb Respublikasının (Misir və Suriya) vitse-prezidenti, eyni zamanda BƏR prezidenti Camal Əbdül Nasirin Suriyadakı nümayəndəsi misirli marşal Əbdül Hakim Amerdir.

Sovet İttifaqı Qəhrəmanı olan, “Lenin” ordeninə layiq görülən marşal Amerin və onun 3 dostunun həyat hekayəsinin müasir oxucular üçün maraqlı ola biləcəyini düşünərək bəzi məlumatları nəzərinizə çatdırırıq.

Öncə onu deyək ki, marşal Amer Suriyada 1958-1961-ci illər arasında işləyib.
BƏR-in yaranması, yəni Misirlə Suriyanın birləşməsi ikincinin siyasi xadimlərinin təşəbbüsü olub. O zamanlar Misir prezidenti Camal Əbdül Nasir bütün ərəb dünyasında xarizmatik və sevilən siyasi lider olduğundan BƏR-in prezidenti o olub və öz dostu Ameri də vitse-prezident təyin edib.
Ancaq 1961-ci ilin sentyabrında Suriya ordusunun zabitləri Dəməşqdə hakimiyyəti ələ keçiriblər, Nasirin nümayəndəsi Ameri həbs edərək Suriyadan qovublar və Suriyanın BƏR-dən çıxdığını elan ediblər.

Bəs marşal Amer kim olub?

1919-cu il dekabrın 11-də Misirdə anadan olan Əbdül Hakim gənc yaşlarından özünü hərbi xidmətə həsr edib, 1938-ci ildə hərbi akademiyanın kursantı olub.

O, akademiyada kursant olarkən və daha sonra Sudanda xidmət edərkən üç gənc zabitlə yaxınlaşıb və onlar necə deyərlər “dörd dost, dörd yoldaş” olublar. Bunlar Camal Əbdül Nasir, Ənvər Sadat, Zəkəriyyə Möhəddin və Əbdül Hakim Amer olub.

Bu dörd leytenant cəmi 20 ildən sonra hara gəldiklərinə diqqət edin. Onlardan ikisi - Camal Əbdül Nasir Misir və BƏR prezidenti, Ənvər Sadat Misir prezidenti olub, o biri ikisi Əbdül Hakim Amer və Zəkəriyyə Möhəddin BƏR vitse-prezidenti vəzifəsi tutub. İkisi - Ənvər Sadat və Amer marşal rütbəsi daşıyıb, Z.Möhəddin general olub, C.A.Nasir isə polkovnik rütbəsində qalıb. Dörd dostdan ikisi - Nasir və Amer Sovet İttifaqı Qəhrəmanı adına və “Lenin” ordeninə layiq görülüblər.

Bu “mübarək təltif” 1964-cü ildə sovet dövlətinin rəhbəri Nikita Xruçovun iradəsi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnevin imzası ilə baş tutub.

Bu, nəyə görə olub?

                               Prezident Nasir və vitse-prezident Amer

1958-ci ilin fevralında dünya xəritəsində paytaxtı Qahirə olan birləşmiş dövlət (BƏR) peyda olanda onun rəhbərləri – prezident Camal Əbdül Nasir və Dəməşqdə oturaraq Suriyanı idarə edən vitse-prezident Əbdül Hakim Amer sovet dövlətinə rəğbətli olublar. Amer Nasirin dövləti sosialist yolu ilə inkişafı etdirmək siyasətini tam dəstəkləyib, SSRİ və Varşava Müqaviləsi Təşkilatı ilə sıx əməkdaşlığın tərəfdarı olub, SSRİ-yə dəfələrlə səfər edib, Qərb imperializminə qarşı mübarizə aparıb.

Bu, təbii ki, SSRİ rəhbərliyinə çox xoş gəlib. Ona görə də 1964-cü ilin mayında sovet dövlətinin başçısı (kompartiya lideri və baş nazir) Nikita Xruşov Misirə səfər edən zaman Nasir və Ameri ali sovet fəxri adı və ordeni ilə təltif edib. Təltifin izahatı belə verilib: “Ölkəsinin azadlığı uğrunda mübarizədə və müstəqilliyinin möhkəmləndirilməsində görkəmli fəaliyyətinə, SSRİ və Birləşmiş Ərəb Respublikası xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində müstəsna roluna görə”.

Bu təltif SSRİ-nin özündə və bəzi xarici dairələrdə söz-söhbətə səbəb olub. Maraqlı dairələr eşələyib ortaya çıxarıblar ki, Nasir və Amer, eləcə də Möhəddin və Sadat gənc zabit olarkən, 1942-44-cü illərdə "Azad zabitlər" adlı gizli təşkilat yarabıblar və hitlerçilərlə əməkdaşlıq ediblər. Onların məqsədi ingilis müstəmləkəçilərini qovmaq və Misir monarxiyasını devirmək olub.

                                    "Azad zabitlər" təşkilatı

Dostlar bu məqsədlərinə II dünya müharibəsindən 7 il sonra, 1952-ci ilin iyulunda çatıblar, hərbi çevriliş ediblər, 1953-cü ildə Misir respublika elan olunub, general Məhəmməd Nəcib prezident, Camal Əbdül Nasir daxili işlər naziri (1 il sonra baş nazir), Əbdül Hakim Amer isə ali komandan təyin edilib. Həmin vaxt Nasirin 35, Amerin 34 yaşı olub.

Sonradan baş nazir Nasir prezident Məhəmməd Nəcibi devirib, özü prezident olub, dostu Ameri bir az da qabağa çəkib, Zəkəriyyə Möhəddini də baş nazir təyin edib.

Amma iki sovet qəhrəmanı axıra qədər dost qalmayıblar.

Ordu vaxtaşırı yüksək rütbəli zabitlər arasında “təmizləmələr”ə məruz qaldığına görə Amer narazılıq edib və vaxtaşırı prezidentlə ötkəm davranıb. İki Misir lideri arasında qarşıdurmanın genişlənməsinə səbəb İsraillə müharibədə (1967-ci ilin iyununda) ölkənin Sinay yarımadasında arsıdıcı məğlubiyyətə uğraması olub. Şok yaşayan ölkədə siyasi böhran yaranıb: Amer Nasirin istefasını tələb edib, ertəsi gün özü istefa verib. Lakin Nasirin xahişi ilə Amer tabeliyində olan bəzi şəxslərin azadlığa buraxılması müqabilində işə qayıdıb. Həbsdən buraxılan generallar evlərinə getmək əvəzinə Amerin yanına gediblər.

                                 Prezident Nəcib və baş nazir Nasir

26 avqust 1967-ci ildə Amer hava-desant məktəbinin 400 kursantının dəstəyini təmin edərək baş qərargahı ələ keçirmək niyyətinə düşüb. Qoşunların ona tabe olduğuna və ona tam etibar etdiyinə inanaraq, o, öz şərtlərini prezident Nasirə diktə etmək istəyib, ancaq bu plan baş tutmayıb. Hərbi qiyamdan bir gün əvvəl sui-qəsdçilər arasından bir neçə yüz zabit həbs olunub. Amer dövlət çevrilişinə cəhd ittihamı ilə ev dustağı edilib. 14 sentyabr 1967-ci ildə rəsmi versiyaya görə, o, zəhər (akonitin) içərək intihar edib.

“Əl-Əhram” qəzeti marşalın ölümü ilə bağlı yazdığı məqalədə qeyd edib ki, Amerlə bağlı baş verənlər onun Nasirin silahdaşı, dostu, qardaşı olduğu illərdəki fəaliyyətinin üstündən xətt çəkə bilməz.

Ondan 3 il sonra, 1970-ci ildə prezident Nasir ürək çatışmazlığından vəfat edib. Hakimiyyətə dörd dostun biri – Ənvər Sadat gəlib. Onu da 1981-ci ildə parad zamanı güllələyiblər.

“Azad zabitlər”in ən uzun yaşayanı, 1968-ci ildən sonra aktiv siyasətdən çəkilən Zəkəriyyə Möhəddin olub. O, 2012-ci ildə 94 yaşında, Misirdə vəfat edib.

Bu tarixçələri oxuyanda adam görür ki, Yaxın Şərq ölkələrində heç zaman normal hakimiyyət dəyişikliyi baş verməyib. Həmişə hərbi çevrilişlər, qiyam cəhdləri, sui-qəsdlər, üsyanlar ard-arda sıralanıb. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri