Icma.az
close
up
RU
Günahsız qızcığazın hekayəti

Günahsız qızcığazın hekayəti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarusun paytaxtı Minsk şəhərinin yaxınlığındakı Loqoyski rayonunda Xatın Dövlət Memorial Kompleksi, ərazidəki hündür abidə, 185 simvolik məzar, faciəni xatırladan müxtəlif eksponatlar 22 mart 1943-cü ildə alman faşistlərinin benzin töküb yandırdığı insanların bəd taleyini əks etdirir. Orada 149 nəfər, o cümlədən ən kiçiyinin 7 yaşı olan 75 uşaq yanaraq külə dönüb. Mən 1978-ci ildə Xatın kompleksində olarkən, o dəhşətli mənzərəni ürək ağrısı ilə seyr edərkən heç ağlıma belə gəlməzdi ki, cəmi 14 il sonra – 1992-ci il fevral ayının şaxtalı bir gecəsində, oxşar faciəni–soyqrımını Xocalı sakinləri də yaşayacaq, erməni faşistlər bədnam 366-cı motoatıcı alayının köməkliyi ilə bu Azərbaycan şəhərini işğal edərək viran qoyacaqlar. Erməni qəsbkarları Xatında olduğu kimi, insanları evlərində diri-diri yandırıb, əliyalın sakinləri yatdıqları yerdəcə amansızlıqla qətlə yetirəcəklər.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bir sıra beynəlxalq təşkilat, 18 dövlətin qanunverici orqanı, o cümlədən Pakistan, Sudan, Peru, Honduras, Panama, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İordaniya, Rumıniya, Şotlandiya faciəni parlament səviyyəsində qətliam kimi tanıyıblar. ABŞ-ın 24 ştatı da Xocalı qətliamını rəsmi şəkildə tanımışdır.

Xocalıda sağ qalmış insanların helikopterlə təxliyəsində yaxından iştirak etmiş əzmkar bir insan–hazırda İsraildə yaşayan Əsəd Fərəcov söyləyir ki, 26 fevral 1992-ci ildə Xocalıdan axırıncı helikopteri yola salarkən, donaraq həlak olmuş ananın qucağındakı körpə qızcığaz nəzərimi cəlb etdi və onu da ölü bilərək Ağdamda məscidə təhvil verdim. Sonra bildim ki, məsciddə meyitlər yuyulan zaman bir tibb bacısı bu 2 yaşlı qızcığazın nəfəs aldığını görərək evinə aparmış və sonradan uşağın cibindəki kağızla kimliyini öyrənib onu ana nənəsinə qovuşdurmuşdur.

2019-cu ildə Bakı Kitab evində Xocalı tədbiri zamanı “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məsləhəti ilə bu qızın uzun müddət axtarışında olsaq da, nəticə hasil etməmişdik. Nəhayət, 2022-ci ildə Opera və Balet teatrında həmin xanımla – Kübra Mahmudova ilə görüşmək tanınmış fəal, şair Nigar Hasan-Zadəyə nəsib olmuş və Nigar xanım onu Əsəd Fərəcovla görüşdürmüşdür. Mən isə 26 fevral 2024-cü ildə Bakı Beynəlxalq Muğam Mərkəzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində növbəti tədbir zamanı Kübra xanımla tanış olmaq imkanı qazandım. Təqdim etdiyim bu şəkildə Kübra Mahmudova (o ailəlidir, üç uşaq anasıdır) sağda, Əsəd Fərəcov isə ortada dayanandır.

Kübra xanım o günlərdən – talesiz uşaqlığından danışanda kövrəlsə də, təskinliyini bunda tapır ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və sərkərdəlik məharəti, qəhrəman ordumuzun əzmkarlığı və xalqımızın birliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 24 saatdan az çəkən antiterror əməliyyatı nəticəsində Qarabağımız tam azad edilmiş, suverenliyi tam bərpa olunmuş Azərbaycan torpağı, o cümlədən Xocalı şəhəri bu gün abad, yaraşıqlı, müasir bir məkana çevrilməkdədir...

Fəxrəddin MEYDANLI,
şair-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri