Icma.az
close
up
RU
Dörd itkin şəhidi 33 ildən sonra Vətən torpağına tapşırılıb

Dörd itkin şəhidi 33 ildən sonra Vətən torpağına tapşırılıb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 29-da Birinci Qarabağ müharibəsinin itkin şəhidləri - Rəfael Sultan oğlu Abbasov, İlham İmdad oğlu Mehdiyev, Əliyar Fərrux oğlu Əliyev və Azər Zirəddin oğlu Bayramovun paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn mərasimləri keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dəfn mərasimində şəhidlərin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı, Sabunçu, Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğalda qalan torpaqlarımızı 44 günə azad etdiyini, bütün dünyanın “dəmir yumruğun” nəyə qadir olduğunu gördüyünü bildirib.

Şəhid Rəfael Abbasovun atası Sultan Abbasov şəxsiyyətləri müəyyənləşdirilərək ailələrinə təhvil verilən itkinlərin ailələrinə gözaydınlığı verib. O, şəhidin bir evdən deyil, bir eldən getdiyini bildirərək həm uzun illər,həm də belə vacib məqamda onları tək qoymayan hər kəsə minnətdarlığını bildirib: “Şəhidlərimizin intiqamı alınıb, torpaqlarımız azad edilib. Artıq başımız dikdir. Ümid edirəm ki, tezliklə digər itkin ailələri də öz şəhidləri barəsində xəbər ala biləcəklər”.

Sonra şəhidlərin ailə üzvlərinə bayraqların təqdim edilməsi mərasimi olub.

Şəhidlər üçün cənazə namazı qılınıb, din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayə və surələr oxunub. Onlar yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıblar. Qəhrəmanların ruhuna dualar oxunub, məzarlarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidlərin yaxınlarına təqdim olunub.

İtkin şəhidlərin doğmaları: 33 ildən sonra itkin şəhidimizə qovuşduğumuz üçün gözlərimiz aydın olsun

AZƏRTAC-ın müxbirləri şəhidlərin ailə üzvləri, yaxınları ilə həmsöhbət olublar.

Birinci Qarabağ müharibəsində itkin düşmüş Əbülfət və Əliyar Əliyevin qardaşı Bəxşeyiş Əliyev deyib: “Müharibə başlayanda Əliyar Əbülfətlə birlikdə neft şirkətində işləyirdi. Onlar döyüşə də birlikdə yollandılar, eyni gündə və yerdə - 1992-ci il mayın 8-də Şuşada itkin düşdülər. Əvvəlcə elə bilmişdilər ki, Əliyarla Əbülfət BTR-də yanaraq şəhid olublar. Amma sonra müəyyənləşdi ki, onlardan biri Əliyar, digəri isə bu gün onunla birgə dəfn olunan Rəfael Abbasovdur. Əbülfətdən hələ də xəbər yoxdur. Ümid edirəm ki, tezliklə ondan da xəbər alacağıq".

Qardaşları barədə xatirələrini bölüşən B.Əliyev Əliyarın yumşaq xarakterli və utancaq, Əbülfətin isə qürurlu və yenilməz olduğunu deyib: "Əbülfət Əliyarı döyüşdə tək qoymadı. Hər ikisi ailələrini, doğmalarını geridə qoyub, Vətən qarşısında borclarını yerinə yetirməyə yollandılar. Əliyar kimi Əbülfətin də tapılacağına, onun da təsəlli üçün məzarının olacağına ümidvarıq".

Şəhidin oğlu Ələsgər Əliyev bütün itkin ailələrinə doğmalarının tapılması barədə xəbər almağı arzulayıb: “Uzun illərdən sonra atamdan bir xəbər aldıq. Biri var doğmanın sağ olub olmadığını bilmirsən, biri də var ki, gözlərin yoldan çəkilir. Bilirsən ki, ziyarət edəcəyin yer var. Prosesdə iştirak edən bütün dövlət qurumlarına çəkdikləri əziyyətə görə minnətdaram”.

Şəhidin xalası qızı Simuzər Şirinova Əliyarla Əbülfətin çox yaxşı insan, çox gözəl ailə başçıları olduqlarını qeyd edib: “Hər ikisi Şuşada şəhid olub. Əslində inanmazdıq ki, onlardan xəbər alaq. Çox şükür ki, heç olmazsa birinin taleyinə aydınlıq gəldi və uzun illərdən sonra torpağa tapşırdıq. Allahdan arzum budur ki, Əbülfət də tapılsın, onu da adına layiq şəkildə dəfn edək”.

İtkin şəhid Rəfael Abbasovun atası Sultan Abbasov deyib: “Rəfael Əfqanıstanda xidmət edirdi. O vaxt Ermənistanın Amasiya rayonunda yaşayırdıq. 1988-ci ildə Ermənistandan olanları ordu sıralarından tərxis edirdilər. Rəfael də tərxis olunub evə gəldi. Daha sonra öz yurd-yuvamızdan deportasiya edildik və Azərbaycana köçdük. Rəfael hərbi xidmətini Azərbaycanda davam etdirdi. Birinci Qarabağ müharibəsi zamanı o, neft şirkətində işləyirdi. Döyüşlərə qoşulmaq istəyəndə anası ilə həyat yoldaşı etiraz etməyə çalışsa da bir kəlməmlə hər kəs sakitləşdi. Dedim ki, Rəfael bu Vətənin əsgəridir. O, xüsusi təyinatlı batalyonun tərkibində Şuşa istiqamətində hərbi əməliyyatlara qoşuldu. O, BTR sürücüsü idi. 1992-ci il mayın 8-də Şuşada yanacaqdoldurma məntəqəsi tərəfdə düşmənin qəfil hücumu nəticəsində çox qızğın döyüşlər gedib. Həmin vaxt o ərazidə Rəfaellə bərabər Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov, bu gün dəfn edilən Əliyar Əliyev onun itkin qardaşı Əbülfət Əliyev və bir sıra qəhrəmanlar şəhid oldular. Onların bir hissəsinin nəşi tapılaraq dəfn edilsə də, bir hissəsinin taleyi naməlum olaraq qaldı. Lakin onlar şəhid olsalar da düşmənin xeyli sayda canlı qüvvəsini də məhv etməyi bacarıblar. Rəfaelin nəşinin qalıqları Şuşada yol çəkilməsi məqsədilə aparılan qazıntı işləri zamanı elə döyüşdüyü yerdə aşkarlandı. DNT analizi nəticəsində şəxsiyyəti müəyyənləşdirildi. 33 ildən sonra itkin şəhidimizə qovuşduğumuz üçün gözlərimiz aydın olsun”.

İtkin şəhid İlham Mehdiyev qardaşı Mehdi Mehdiyev bildirib ki, İlham gənc yaşlarından iradəli, vətənpərvər və cəsarətli insan olub: “Müharibə vaxtı nə özüm, nə də ailəm qardaşımın şəhid olmasına inanmaq istəmirdik. İnanırdıq ki, sağdır. Amma bu gün onun döyüş yoldaşları ilə birgə qəhrəmancasına şəhid olduğu təsdiqləndi. Təəssüf ki, anamız bu xəbəri eşidə bilmədi, iki il əvvəl dünyasını dəyişdi”.

Mehdi Mehdiyev qeyd edib ki, anasının məzarı da şəhid qardaşının yanında yerləşir və bu, ailə üçün mənəvi bir təsəlli mənbəyidir. “İndi hər dəfə ziyarətə gələndə elə biləcəyik ki, onlar bir-birinə qovuşublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə o əlavə edib.

Xatırladaq ki, Rəfael Abbasov, Əliyar Əliyev və Azər Bayramov 1992-ci il mayın 8-də Şuşada, İlham Mehdiyev isə 1992-ci il fevralın 26-da Xocalıda itkin düşmüşdü.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

“Məşğulluğa dəstək layihəsi” iştirakçılarının sayı 25 minə çatıb

Sosial

ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir - FOTO

Sosial

Laçında keçirilən əmək yarmarkasında 121 vakansiya təqdim olunub

Sosial

Sabah bəzi yerlərdə yağış yağacaq

Sosial

Yaralı komandirini xilas edərkən şəhid olan həkim...

Sosial

"Bakı Metropoliteni"nin əməkdaşları üçün təlim keçirilib

Sosial

“HALAL” sertifikatlaşdırma xidmətlərinə maraq artır - AQTİ

Sosial

FHN-in Aviasiya dəstəsi ağacəkmə aksiyası keçirib

Sosial

Bəzi qadınlar alimenti gəlir mənbəyinə çevirməklə,..." - SOSİOLOQ AÇIQLADI

Sosial

Qafqaz Müsəlmanları İdarəsinin sədri İtaliyada dini liderlərin beynəlxalq tədbirində iştirak edib

Sosial

"Elektron kitabların yayılması ənənəvi kitaboxuma vərdişini zəiflədir" - MÜNASİBƏT BİLDİRİLDİ

Sosial

Albert Kamü gözündə ölüm və yaşam arasında

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri