Dörd ölkə Baltik dənizindəki təxribatı araşdırır
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Baltik dənizində Litva, İsveç, Finlandiya və Almaniyanı birləşdirən iki sualtı internet kabel zədələnib.
Reyting.az-ın məlumatına görə, Finlandiya və Almaniyanın birgə bəyanatında bu, “qəsdən ziyan vurma şübhəsi yaradan hadisə” kimi qiymətləndirilir və araşdırma aparıldığı bildirilir.
Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, heç kim kabellərin təsadüfən zədələndiyinə inanmır: “Biz hibrid müharibə ehtimalına diqqət çəkməliyik”.
Litva donanması Baltik dənizinin təsirlənmiş ərazilərində nəzarəti gücləndirəcəyini bəyan edib.
Qeyd olunur ki, kabel xətləri mühüm qaz kəmərləri və enerji xətləri ilə paralel marşruta malikdir.
Onu da qeyd edək ki, 2022-ci ildə Rusiyanı Almaniya ilə Baltik dənizində birləşdirən “Şimal axını” qaz kəmərləri də məlum olmayan səbəbdən məhv edilib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Baltik dənizindəki kabeli Rusiya zədələyib?
19 Noyabr 2024 09:22
Baltik dənizindəki tənha delfin özözünə danışmağa başladı
23 Noyabr 2024 08:43
Baltik dənizindəki təxribatın səbəbini tapmamışıq Finlandiya prezidenti
22 Yanvar 2025 19:53
Rutte: NATO Baltik dənizindəki insidentlə bağlı Estoniya ilə təmasdadır
15 May 2025 23:52
Rusiyanın Baltik dənizindəki ən böyük neft limanı fəaliyyətini dayandırıb...
13 Sentyabr 2025 19:24
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















