Döş xərçənginin 7 gizli əlaməti
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Döşdə yaranan şiş döş xərçənginin yeganə əlaməti deyil.
Bakıvaxtı.az xəbər verir ki, onkoloq və cərrah Surender Kumar Dabasa “The Times of India” nəşrinə müsahibəsində xəstəliyin çox vaxt diqqətdən kənarda qalan simptomlarını açıqlayıb.
Mütəxəssis bildirib ki, bəzi bədxassəli şişləri xüsusi tibbi avadanlıq olmadan aşkar etmək çətin olsa da, xəstəlik özünü başqa dəyişikliklərlə də göstərə bilər.
Həkimin sözlərinə görə, döş xərçənginin mümkün əlamətlərinə aşağıdakılar daxildir:
Döşün ölçüsündə və ya formasında qəfil dəyişiklik;
Dəridə çökəklik və ya geri çəkilmə;
Döş dərisində qızartı və şişkinlik;
Dərinin portağal qabığına bənzəməsi;
Məmə ucunun qəfil içəriyə doğru çəkilməsi;
Məmə ucu ətrafında davamlı soyulma, səpgi və qeyri-adi, xüsusilə qanlı axıntı;
Döşdə şiş hiss edilməsə belə, qoltuqaltı və ya körpücük sümüyü ətrafında şişkinlik.
Onkoloq vurğulayıb ki, bu dəyişikliklərin hər biri mütləq xərçəng xəstəliyindən xəbər vermir. Bununla belə, sadalanan əlamətlərdən hər hansı biri müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək və müayinədən keçmək vacibdir.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Oktyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















