“Dost! Dost! Dost!” adlı xüsusi konsert proqramı təqdim olunub FOTOLAR
Icma.az, Sia Az saytına istinadən bildirir.
Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində Savalan qrupu tərəfindən “Dost! Dost! Dost!” adlı xüsusi konsert proqramı təqdim olunub. Gecə Azərbaycanın tanınmış musiqiçisi Novruz Novruzun xatirəsinə ithaf edilib.
SİA xəbər verir ki, konsert boyu tamaşaçılar qrupun sevilən ifaları ilə yanaşı, xüsusi musiqi kompozisiyalarını da dinləmək imkanı əldə ediblər. Səhnədə səsləndirilən duyğusal və enerjili ifalar izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Musiqi gecəsində Novruz Novruzun sənət yoluna dair xatirələr bölüşülüb, onun Azərbaycan musiqisinə verdiyi töhfələr xüsusi vurğulanıb. Tədbir emosional anlarla yadda qalıb.
“Dost! Dost! Dost!” konserti həm musiqisevərlərə unudulmaz axşam yaşadıb, həm də Novruz Novruzun əziz xatirəsini bir daha yaşadıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 15 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















