Icma.az
close
up
RU
“Dost Aktı” dost jestidirmi?

“Dost Aktı” dost jestidirmi?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Baş naziri ABŞ Prezidentinə açıq məktub ünvanlayıb

Son vaxtlarda qonşu Gürcüstanla Qərb bloku, o cümlədən də Amerika Birləşmiş Ştatları arasında ziddiyyətlər açıq müstəviyə keçib. Belə görünür ki, rəsmi Tbilisinin Ağ Evin yeni rəhbərliyinə bəslədiyi ümidlər də özünü doğrultmur. Baş nazir İrakli Kobaxidzenin bu günlərdə ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə ünvanladığı açıq məktubda ifadə olunan fikirlər bu qənaəti daha da möhkəmləndirir. Yerli KİV-in verdiyi məlumata görə, məktubda Kobaxidze ABŞ-ın yeni administrasiyasını Gürcüstanla bağlı susqunluğa son qoymağa çağırır. O qeyd edir ki, bir neçə həftə əvvəl ABŞ-a rəsmi məktub göndərməsinə baxmayaraq, hələ də heç bir cavab almayıb. Baş nazir bu susqunluğun Gürcüstan xalqında və hökumətində ciddi təəccüb doğurduğunu bildirir.

USAID, NED, Soros Fondu kimi təşkilatların cinayətkar fəaliyyətləri

Yaxın keçmişədək Gürcüstanla ABŞ arasında münasibətlər yüksək səviyyədə idi. İ.Kobaxidze məktubda Gürcüstanın illərlə ABŞ-ın ən çətin regionda ən etibarlı tərəfdaşı olduğunu, İraq və Əfqanıstandakı hərbi missiyalarda iştirak etməklə bu ölkənin büdcəsinə 2,5 milyard dollar qənaət etdiyini xatırladıb. O, ABŞ-ın Gürcüstana ayırdığı real yardımın bu rəqəmlə müqayisədə daha az olduğunu vurğulayıb.

Rəsmi Tbilisinin Ağ Evdən incikliyinin səbəbi heç də ABŞ-ın Gürcüstana ayırdığı yardımların həcminin az olması ilə bağlı deyil. Bunun üstündən sükutla keçmək olardı. Ancaq təsdiq olunmuş faktdır ki, ABŞ-a məxsus ayrı-ayrı qurumlar Gürcüstanda qanuni hakimiyyətin devrilməsini hədəfləyən, gürcü xalqının milli maraqları ilə ziddiyyət təşkil edən fəaliyyətlər sərgiləyiblər. Baş nazir USAID, NED, Soros Fondu və digər qurumların Gürcüstanda radikalizm və ekstremizmi təşviq etmək, Pravoslav Kilsəsinin nüfuzunu zədələmək və dövlət institutlarını zəiflətmək istiqamətində fəaliyyət göstərdiyini, bu proseslərin ABŞ-ın real yardımına daxil olmadığını vurğulayıb.

Qeyd olunan təşkilatların Gürcüstanı rəngli inqilablar vasitəsilə  milli iradədən kənar dövlətə çevirməyi hədəfləyən fəaliyyətlərinə aid çoxlu sayda misallar sadalamaq mümkündür.  Milli dövlətlərə qarşı yönələn “rəngli inqilab” ssenarilərindən bəhs edərkən Gürcüstanın kədərli nümunəsi göz önünə gəlir. Sabiq prezident M.Saakaşvili məhz Qərbdən güclü dəstək alan siyasi fiqur kimi Gürcüstan hakimiyyətinə gəlməyə müvəffəq oldu və o, ölkəsinin inteqrasiya siyasətini Qərbə yönəltdi. Onun hakimiyyəti illərində münasibətlərin gərginləşməsi hətta Gürcüstanın Rusiya ilə qısamüddətli müharibəyə qoşulmasınadək uzandı. Ən kədərli nəticə isə ondan ibarət oldu ki, ölkə ərazisinin bir hissəsini itirdi.

Aradan illər ötsə də, USAID, NED, Soros Fondu kimi təşkilatlar yenə də Gürcüstanda məkrli planlarını reallaşdırmaqdan vaz keçməyiblər. Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ-ın Tramp tərəfindən ifşa olunan USAID təşkilatından  41 milyon dollardan çox vəsait alıblar. Havayı pendir ancaq tələdə olur. USAID də Gürcüstanda ötən il seçkilər ərəfəsində pulları məhz sabitliyin pozulması, qanuni hakimiyyətə müqavimət göstərilməsi ssenarilərində yer alan QHT-lərə yönəldib. Təşkilatın maliyyələşdirdiyi “Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət”in (ISFED) pozucu fəaliyyəti buna ən bariz nümunədir.

Xatırladaq ki, indiyədək 100-dən çox ölkədə fəaliyyət göstərən USAID 50 milyard dollardan çox büdcəyə malik olub. Qurum dünyada, o cümlədən də postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınır. Yaxşı haldır ki, dünya ictimaiyyətinə “beynəlxalq təşkilat” adı altında sırınan qurum elə öz vətənində ABŞ-ın yeni administrasiyası tərəfindən ifşa olundu. İ.Kobaxidze Tramp administrasiyasının USAID, NED və digər qurumların cinayətkar fəaliyyətlərini tənqid etməsini alqışladığını desə də, Bayden dövründə planlaşdırılmış inqilab cəhdlərinin qarşısını alan Gürcüstan rəsmilərinə qarşı tətbiq olunan sanksiyaların hələ də qüvvədə qalmasını sərt şəkildə tənqid edib.

Oxşar qanuna fərqli yanaşma

Baş nazirin məktubunda ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və Gürcüstan xalqına qarşı “düşmən mövqeyi” kimi qiymətləndirilən “Dostluq Aktı” da tənqid olunur. İ.Kobaxidze bu sənədi Corc Oruellin “düşmən dostdur” modeli ilə müqayisə edib və bildirib ki, bu akt ABŞ-ın Gürcüstana münasibətinə inamı daha da zəiflədir.

ABŞ Konqresinin Nümayəndələr Palatası bəhs olunan sənədi “Cavabdehlik, Dözümlülük və Müstəqillik İnşası üçün Gürcüstanın Seçimlərinin Səfərbər edilməsi və Artırılması Aktı” adı ilə təqdim edib. Qanun layihəsini 168 respublikaçı və 181 demokrat olmaqla 349 konqresmen dəstəkləyib, 42 nəfər əleyhinə səs verib, 42 nəfər isə bitərəf qalıb.

Sənəddə ABŞ-Gürcüstan əlaqələrinin, o cümlədən bütün yardım proqramlarının tam şəkildə yenidən nəzərdən keçirilməsi, gürcü xalqının Avro-Atlantik inteqrasiyasına dəstək verilməsi, həmçinin ABŞ Prezidentinə Gürcüstanı bu istiqamətdən uzaqlaşdırmağa çalışan “Gürcü Arzusu” partiyasının rəsmilərinə və onların dəstəkçilərinə qarşı sanksiya tətbiq etməsi üçün çağırışlar əks olunub. Qanun layihəsinin qüvvəyə minməsi üçün növbəti mərhələdə ABŞ Senatı tərəfindən təsdiqlənməsi tələb olunur.

Gürcüstanla Qərb bloku, o cümlədən də ABŞ-ın keçmiş administrasiyası arasında münasibətlərin gərginləşməsi ötən il qonşu ölkədə iki mühüm qanunun qəbul olunması fonunda bütün cəhətləri ilə özünü büruzə verdi. Həmin qanunlardan biri “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Gürcüstan hakimiyyəti bu qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Qərb blokunun başında dayanan Bayden administarsiyası isə bunu rəsmi Tbilisinin demokratiyadan uzaqlaşması anlamında təqdim edirdi.

Qərb dairələri həmçinin Gürcüstan parlamentinin ötən il sentyabr ayının 17-də qəbul etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Bəhs olunan reallıqlar fonunda Gürcüstanda ötən il parlament və prezident seçkiləri ciddi ajiotajla müşayiət olundu. Qərb təsisatlarına maliyyə bağlılığı olan vətəndaş cəmiyyəti institutları, müxalifət partiyaları, hakimiyyətin müəyyən qolları seçkiləri pozmağa çoxsaylı cəhdlər göstərdilər.

Baş nazir ABŞ administrasiyasının Gürcüstanla strateji tərəfdaşlığı yenidən quracağına ümid etdiyini vurğulayıb. O, Tramp rəhbərliyini “dərin dövlət”ə qarşı mübarizədə səmimi olmağa çağıraraq bu prosesin Gürcüstan-Amerika münasibətlərində dönüş nöqtəsi ola biləcəyini bildirib. Gürcüstanın qəbul etdiyi müvafiq qanunlar Ağ Evdə niyə bu qədər kəskin qarşılanmalıdır? Təəccüb doğuran odur ki, oxşar qanunlar ABŞ-ın özündə də qüvvədədir və həmin qanunlara etiraz etmək heç kimi yadına düşmür. Son sözü demək növbəsi Senatda və Trampdadır. Onlar Bayden administrasiyasının Gürcüstana münasibətdə səhvlərini təkrarlayacaqlarmı?

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see208

Slovakiyalı nazir: Su siyasəti beynəlxalq münasibətlərin əsas mövzularından olmalıdır

17 May 2026 17:51see185

Buxarada keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb

16 May 2026 23:17see184

Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib Natiq Cəfərli

16 May 2026 20:14see180

Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

17 May 2026 11:56see178

CRM üzrə kiçik mütəxəssis

17 May 2026 22:19see178

Daha bir ölümcül virus yayılıb Peyvəndi də yoxdur

18 May 2026 00:31see173

Günün ULDUZ FALI Bu, vütün buzları əridə bilər

17 May 2026 02:09see172

Rəsmi nikah olmadan kəbin kəsən mollalara PİS XƏBƏR

17 May 2026 04:58see171

Qadınlara hücum edən MMA döyüşçüsü klubdan qovdu FOTO/VİDEO

17 May 2026 14:06see169

Aviaşouda qırıcılar toqquşdu

18 May 2026 04:48see169

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır

17 May 2026 04:55see169

Premyer Liqa: Mançester Yunayted 3 xalı 3 qolla qazandı

18 May 2026 00:53see167

Dünyada cəmi iki ədəd var, biri muzeydədir, biri də cehiz FOTOLAR

18 May 2026 09:53see162

Qadınlarda istəyi qoruyan 6 gizli faktor açıqlandı

18 May 2026 03:21see157

Çuğundur şirəsinin qadın sağlamlığına faydaları

17 May 2026 08:43see156

Tezliklə İstanbula qayıda bilər

17 May 2026 23:58see152

Avroviziya 2026 nın qalibi bəlli oldu

17 May 2026 03:01see147

Fidan Əraqçi ilə müzakirə apardı

18 May 2026 03:20see146

Çatlayan dabanlardan belə qurtulun

18 May 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri