“DOST Müfəttiş” layihəsi işəgötürənlərə necə dəstək göstərir?
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə icra etdiyi “DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin müəssisələrdə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən istifadə istiqamətləri üzrə qiymətləndirmə aparılıb.
Bu sahələrdə mövcud olan boşluqlar, risklər aşkarlanaraq, onların aradan qaldırılması üçün aidiyyəti işəgötürənlərə tövsiyələr verilib, təlim və konsultasiya dəstəyi göstərilib.
“DOST Müfəttiş” layihəsi könüllü və ödənişsiz əsaslarla həyata keçirilir və iş yerlərində əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulması məqsədinə xidmət edir.
Ümumilikdə ötən dövrdə bu layihə çərçivəsində 33 müəssisədə qiymətləndirmə aparılıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Avqust 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















