“DOST Müfəttiş” layihəsi davam edir
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən icra edilən “DOST Müfəttiş” layihəsi üzrə artıq 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb.
"Cebheinfo.az" xəbər verir ki, müəssisələrdə qiymətləndirmə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən istifadə istiqamətlərini əhatə edib.
Bu sahələrdə mövcud olan boşluqlar, risklər aşkarlanmaqla, onların aradan qaldırılması üçün işəgötürənlərə tövsiyələr verilib, təlim və konsultasiya dəstəyi göstərilib.
Könüllü və ödənişsiz əsaslarla həyata keçirilən layihə iş yerlərində əmək münasibətlərinin qanunvericiliyə uyğun tətbiqinə xidmət edir. Həmçinin, layihə müəssisələrin inzibati məsuliyyət risklərinin azaldılmasına hədəflənib.
“DOST Müfəttiş” layihəsi çərçivəsində müəssisələrlə birgə işlər hazırda da davam etdirilir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 May 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















