Icma.az
close
up
RU
DOST TV 2 yaşını qeyd edir

DOST TV 2 yaşını qeyd edir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün DOST Konsepsiyasının televiziya həlli olan DOST TV-nin 2 yaşı tamam olur.

2024-cü ilin 2 aprelində ölkəmizdə ilk sosial və inklüziv televiziya nümunəsi kimi fəaliyyətə başlayan DOST TV ölkə vətəndaşının maraq dairəsində olan sosial mövzularda maraqlı verilişləri ilə media məkanında yerini, mövqeyini, nüfuzunu daim gücləndirib.

Hər iş günü “Youtube” kanalı olaraq canlı yayımlanan bu TV ölkənin sosial həyatının telemənzərəsini təqdim edir və əmək, məşğulluq, sosial müdafiə sahələrində ardıcıl islahatlar, yenilikər, sosial hüquqlar barədə ictimai məlumatlandırmaya dəyərli töhfəsini verir.

DOST TV “DOST Xəbər”, “DOST qapısı”, “Sosial saat”, “Qayğı”, “Ekspert rəyi”, “İş saatı”, “Mənim hekayəm”, “Rəqəmsal saat”, “Xidmətinizdəyik”, “Birlikdə öyrənək”, “Onlayn müfəttiş”, “Dayaq nöqtəsi”, “DOST podcast” və s. kimi verilişləri, müxtəlif qurumlarla birgə telelayihələri ilə izləyicilərinin maraq və rəğbətini qazana bilib.

Əlilliyi olan şəxlər və digər həssas qruplarla bağlı “Surdo-İnfo”, “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!”, “Həssas məqamlar”, “Mənim hekayəm” kimi layihələri, surdotərcümə ilə təqdim etdiyi film və tamaşaları isə DOST TV-nin mediada inklüziv dəyərlərin geniş təbliğinə, inklüziv cəmiyyətin inkişafına dəstək məramını ehtiva edir.

Sosial sahə ilə bağlı mühüm tədbirlərin canlı yayımını da həyata keçirən DOST TV  həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  əməkdaşlarının, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin aktual sosial mövzularda diskussiya və müzakirə platformasıdır.

O həm də izləyiciləri üçün “DOST qapısı”dır - bu adla təqdim etdiyi veriliş boyu izləyicilərinin müraciətlərini birbaşa cavablandırır (ötən dövrdə 800-dək vətəndaş müraciəti), göndərdikləri videomüraciətlərdə əksini tapan sosial məsələləri araşdıraraq, həllinə dəstək olur.

İzləyici auditoriyası daim genişlənən, sosial mediada ümumi baxış sayı 15 milyonu ötən DOST TV-yə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri