Icma.az
close
up
RU
Dostlarımızı tanıdınızmı? İçimizdən biri antik DNT daşıyıcısı ola bilər

Dostlarımızı tanıdınızmı? İçimizdən biri antik DNT daşıyıcısı ola bilər

Icma.az, News24 saytına istinadən bildirir.

Keçmişdə yaşamış insan növləri olan neandertallarla denisovalıların soyu min illər əvvəl tükənib. Lakin süni intellekt bu yox olmuş növlərin yaşasaydılar necə görünəcəklərini ortaya çıxarıb.

News24.az HİT.az-a istinadən xəbər verir ki, müasir insanın (homo sapiens) ən yaxın qohumları hesab edilən neandertallarla denisovalıların təxminən 200 min il əvvəl ortaq bir əcdaddan ayrıldığı bildirilir. Artıq mövcud olmayan bu iki insan növünün necə göründüyü uzun illərdir maraq doğururdu. 

İngiltərənin “Daily Mail” nəşri süni intellektin köməyi ilə neandertallarla denisovalıların bu gün yaşasaydılar, necə görünəcəklərini təqdim edib. Mütəxəssislərin fikrincə, əgər bu növlər tamamilə yox olmaq əvəzinə ayrıca növ olaraq davam etsəydilər, uzaq keçmişdəki görünüşlərinə çox bənzəyərdilər. Budur, süni intellektin təqdim etdiyi bəzi görüntülərin təsviri...

Neandertal tipi

Fosillər üzərində aparılan araşdırmalara əsasən, neandertallar müasir insanlara nisbətən daha alçaqboylu idilər. Daha qısa ayaqlara və enli ombalara sahib olan bu insanlar həm də son dərəcə əzələli və güclü idilər. Bədənləri böyük, baş sümükləri isə daha həcmlidir. Onların kəllə quruluşu daha böyük beyin həcminə malik olduqlarını göstərir. İri qaş qövsü, enli burun və kiçik alın da bu növün əsas fiziki xüsusiyyətləri arasındadır. Bu gün yaşasaydılar, homo sapiens-lə müqayisədə daha iri bədənli, qısa ayaqlı, böyük başlı, qalın qaşlı və kiçik alınlı olardılar.

Alimlər bildirir ki, neandertal kişisi ilə müasir qadın birliktəliyindən sağlam övlad doğula bilərdi.

Denisovalı tipi

Yeni kəllə sümüyü tapıntılarına əsasən, denisovalıların enli üzü, iri, düz yanaqları, geniş ağzı və böyük burnu olub. Arxeoloji qalıqlar göstərir ki, onlar son dərəcə güclü, iri və əzələli bədən quruluşuna malik olublar.

‘Arkadaş’ları tanıdınız mı İçimizden birileri antik DNAlı olabilir

Süni intellekt “ChatGPT”nin modelləşdirməsinə görə, neandertallarla denisovalılar bu gün yaşasaydılar, məhz bu cür görünə bilərdilər

“Aramızda olanlar”

* Tədqiqatlar göstərir ki, bu iki qədim insan növü bir-biri ilə qarşılaşdıqları dövrlərdə cütləşmiş və nəticədə bir çox müasir insan az da olsa neandertal və denisovalı DNT-si daşıyır.

* İki qədim insan növünün sosial olmadığı, bu səbəbdən bu gün yaşasaydılar, müasir dünyaya uyğunlaşmaqda çətinlik çəkəcəkləri və sosial medianın onlara təsir etməyəcəyi bildirilir.

İs* veçdəki Karolinska İnstitutundan Dr. Huqo Zebberqin sözlərinə görə, Tibetdə yüksək dağ şəraitinə uyğunlaşmış insanlarda və bəzi Latın Amerikalıların dodaq quruluşunda denisovalı genləri təsirlidir. Neandertallarla homo sapiens-in qarışığından doğulan melezlər isə daha böyük kəlləyə, daha uzun ayaqlara və daha dar ombalara sahib olur.

* Neandertallar əsasən Asiyanın qərbində və Avropada yaşayıb.

* Denisovalılar isə Sibirdən Cənub-Şərqi Asiyaya qədər geniş bir ərazidə mövcud olublar.

* Avstraliyadakı aborigen xalqı da daxil olmaqla bir çox insan həm neandertal, həm də denisovalı DNT-si daşıyır.

* Papua Yeni Qvineyada yaşayan insanların DNT-sinin təxminən 5 faizi denisovalılara aiddir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri