“Ukrayna ordusunun sayının azaldılması və ərazi güzəştlərinə yol verilməməlidir” AK
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasına, ölkənin sərhədlərinin dəyişdirilməsinə yol verilməməsini tələb edib.
"Report" xəbər verir ki, bu barədə AK rəhbərinin mətbuat xidməti tərəfindən Cenevrədə ABŞ-nin Rusiya‑Ukrayna müharibəsi üzrə sülh planı ətrafında danışıqlara dair yayılan bəyanatda qeyd olunub.
"Birincisi, sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. İkincisi, Silahlı Qüvvələrə məhdudiyyət qoyula bilməz", - fon der Lyayen deyib.
O həmçinin ölkənin bərpası üçün fondların idarə olunması hüququnun Avropa Komissiyasında saxlanılmasına diqqət çəkib.
AK rəhbəri vurğulayıb ki, Ukraynada sülhün təmin olunmasında Avropa İttifaqının mərkəzi rolu sənəddə ölkənin bərpasındakı rolu kimi əks olunmalıdır.
Baxış sayı:109
Bu xəbər 23 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















