Baş Prokurorluq 3 nəfərin ölümü ilə nəticələnən yanğın ilə əlaqədar yeni məlumat yaydı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
“Bununla yanaşı, media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlıq səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur.
Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.
İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcəkdir”, - Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:Baş Prokurorluq: “Üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə dair cinayət işi başlanıb“
21 Noyabr 2025 23:03
Baş Prokurorluq Aytacın ölümü ilə bağlı açıqlama yaydı
04 Sentyabr 2025 19:06
Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi baş verib
27 Noyabr 2024 09:01
Sabirabadda 4 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib
04 İyun 2025 08:02
Baş Prokurorluq məlumat yaydı
20 Dekabr 2024 14:34
Baxış sayı:48
Bu xəbər 23 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















