Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Dostluq və strateji müttəfiqlik əlaqələrinə salınan kölgə

Dostluq və strateji müttəfiqlik əlaqələrinə salınan kölgə

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkələrində ölkəmiz haqqında qərəzli və böhtan xarakterli məlumatlar yayımlanır. Azərbaycan hər zaman Türkiyə ilə qardaşlıq münasibətlərinə, “iki dövlət, bir millət” prinsipinə sadiqlik nümayiş etdirərək bu cür qərəzli mövqelərə təmkinlə yanaşıb. Lakin Türkiyə Prezidentinin baş müşaviri Oktay Sanal və Türkiyənin hakim partiyası AKP-dən olan deputatların da bu kampaniyaya qoşulması təəssüf doğurur. Azərbaycanla İsrail arasında münasibətlər təhrif olunmuş formada təqdim olunur, dövlətimiz Fələstin xalqını dəstəkləməməkdə ittiham olunur. Əslində Azərbaycan hər zaman Fələstin xalqının hüququnu dəstəkləyib, dəfələrlə maliyyə və humanitar yardımlar göstərib, eləcə də paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasının tərəfdarı olub.

Azərbaycanda orta məktəblərdə vahid geyim qaydalarının tətbiq edilməsinə Oktay Sanal özünün X hesabındakı paylaşımında guya Azərbaycanda şagirdlərin hicab taxmalarına görə təhsil hüququndan məhrum edilmələri barədə qərəzli, böhtan xarakterli paylaşım etmişdi. Türkiyəli siyasətçinin bu cür fikirləri Azərbaycanla Türkiyə arasında dostluq və strateji müttəfiqlik əlaqələrinə kölgə salır. Onun bu fikirlərı həmçinin Azərbaycanın suverenliyinə hörmətsizlik və daxili işlərinə qarışmaq kimi qiymətləndirilir.

Məktəblərdə geyim qaydalarının tətbiq edilməsi Azərbaycanda hicab qadağası demək deyil, xanımlarımıza ictimai yerlərdə hicab məhdudiyyəti tətbiq edilmir. Azərbaycanda hər zaman dini etiqad azadlığı qorunub və Azərbaycan dövlət olaraq bu siyasətə sadiqliyini nümayiş etdirir.

Ölkəmizdə dini etiqad azadlığı təmin edildiyi kimi, dünyəvi təhsil sistemi də qorunur. Konstitusiyamızda da təsbit edildiyi kimi, Azərbaycan dünyəvi respublikadır, eyni zamanda din dövlətdən ayrıdır və təhsil sistemi də dünyəvi xarakter daşıyır.

İlk növbədə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmayan qız uşaqlarının hicab taxmasının şəxsi yox, ailə və xarici mühitin təsirilə baş verdiyinin, bir çox hallarda məcburi xarakter daşıdığl faktının şahidi olmuşuq. Digər bir məsələ də məktəblərdə hicabdan istifadə olunması vahid geyim formasının pozulmasıdır. Vahid geyim formasının tətbiqi məktəblərdə uşaqların sosial status, maddi imkanlar baxımından özlərini bərabər hiss etmələrinə xidmət edir. Təəssüflər olsun ki, bu günlərdə "Hicaba azadlıq" adı altında bir qrup şəxslər qanunazidd hərəkətlərə yol verirlər. Məktəblərdə dini şüarlar səsləndirilir, məktəb binalarının yandırılmasına cəhd edilir, öz çirkin əməlləri üçün uşaqlardan alət kimi istifadə etməyə çalışırlar. Bu şəxslərin xaricdən idarə edilmələri də istisna olunmur.

Azərbaycan hər zaman dünyada multikulturalizm və tolerantlıq mərkəzi olub. Prezident cənab İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən fərqli dini icmalara xüsusi qayğı və diqqətlə yanaşır, onların fəaliyyəti üçün maliyyə dəstəyi ayırır. Ölkə başçımızın təşəbbüsü ilə Bakıda və rayonlarımızda onlarla yeni məscidlər tikilib və təmir edilib. İşğaldan azad edilmiş ərazilərimizdə məhz ölkə başçımızın tapşırığı əsasında ilk növbədə məscidlərimiz bərpa olunub. Bu, ölkə başçımızın İslam dininə olan böyük etiqadından irəli gəlir.

Heç bir daxili və xarici qüvvə Azərbaycanda mövcud olan sarsılmaz birliyi poza bilməz. Azərbaycan xalqı müdrik xalqdır və dövlətimizin suverenliyinə qarşı çıxanlara layiqli cavab verir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri