Dostunu öldürdü, onun pulu ilə borclarını ödədi
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Qaziantep şəhərində dostunu öldürməkdə təqsirləndirilən şəxsin mərhumun bank hesablarından öz hesabına 275 min lirə köçürdüyü iddia olunur.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Hakan A. ilə 57 yaşlı dostu Ergün Gündüz arasında pul məsələsinə görə mübahisə yaranıb. Mübahisə zamanı odlu silahdan açılan atəş nəticəsində Gündüz həyatını itirib.
Hadisədən sonra təqsirləndirilən şəxsin mərhumun bank hesablarındakı pulları öz hesabına köçürərək borclarını ödədiyi irəli sürülüb.
Qaziantep 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Hakan A. ittihamları qəbul etməyib. O, dostuna 350 min lirə borc verdiyini, Gündüzün isə həmin məbləğin 275 min lirəsini sağlığında öz hesabına köçürdüyünü bildirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisə zamanı dostu ona silah tuşlayıb. Silahı əlindən almağa çalışarkən təsadüfən atəş açılıb və Gündüz ölüb.
Hakan A. hadisədən sonra dostunun silahını və mobil telefonunu götürərək ərazidən uzaqlaşdığını, silahı hissələrə ayıraraq zibilliyə, telefonu isə boş əraziyə atdığını etiraf edib. O, hadisədən iki gün sonra polisə təslim olub.
Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin davam etdirilməsinə qərar verib. Növbəti məhkəmə iclası daha sonrakı tarixə təyin olunub.
Baxış sayı:130
Bu xəbər 27 Noyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















